Onlar şagirdlərə narkomaniyanın sağalmaz yaralarından, cəmiyyətə, ailəyə, gənclərin sağlamlağına, gələcəyinə vurduğu yaralardan, ondan xilas olmağın yollarından danışıblar.
Son vaxtlar cəmiyyətin ağır bəlasına çevrilən, daha da “cavanlaşın”, daha çox həssas qruları əhatəsin narkomaniyaya qarşı mübarizə daha kəskin şəkil alır. Bu sahədə Masallı Polis Şöbəsinin atdığı addımlar da təqdirəlayiqdir. Belə ki, effektli tədbirlər, narkotik alverçilərin, həm də külli miqdarda narkotik məhsulların satışı ilə məşğul olan narkotacirlərin həbsi, onlarla barışmaz mübarizə və sair çox müsbət haldır. Polis şöbəsi bunlarla kifayətlənməyib narkomaniya ilə bağlı profilaktik tədbirlərə də geniş önəm verirlər. Təkcə ilin əvvəlindən Masallı rayonunun onlarla məktəbində yüzlərlə şagirdi əhatə edən kütləvi tədbirlə buna nümunədir.
Növbəti belə tədbir Masallı rayonunun Bədəlan kəndində keçirilib.
Tədbirdə Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik - leytenantı Azay Ağayev , rəis müavini polis mayoru Elşən Talıbov, Boradigah Qəsəbə polis bölməsinin rəisi polis mayoru Pərviz Məmmədov, Masallı rayon icra hakimiyyətinin, təhsil şöbəsinin təmsilçiləri iştirak edib.
Onlar şagirdlərə narkomaniyanın sağalmaz yaralarından, cəmiyyətə, ailəyə, gənclərin sağlamlağına, gələcəyinə vurduğu yaralardan, ondan xilas olmağın yollarından danışıblar.
Masallı Rayon Polis Şöbəsindən verilən məlumata görə, belə tədbirlərin təşkili davam edəcək.
Cenub.az. Zahir Əmənov