“Xahiş edirəm ki, məni hazırda daşıdığım Təhsil Şöbə müdiri vəzifəsindən azad edib, müvafiq işlə təmin olunmağıma köməklik göstərəsiniz”.
Ölkədə təhsil sahəsində aparılan islahatlara uyğun olaraq Azərbaycanın bütün rayonlarında Təhsil Şöbə müdirləri vəzifələri ilə vidalaşıb. Belə ki, onların hamısı Təhsil Nazirliyinə çağrılaraq təxminən aşağıdakı məzmunda ərizə yazıblar: - “Xahiş edirəm ki, məni hazırda daşıdığım Təhsil Şöbəsi müdiri vəzifədən azad edib, müvafiq işlə təmin olunmağıma köməklik göstərəsiniz”.
Verilən məlumata görə təhsil işçilərin inspektor və metodistləri də eyni məzmunlu ərizələr yazıblar.
Gözlənilir ki, may ayının ilk günlərində Regional Təhsil Şöbələrinə rəhbərlər təyin olacaq, daha sonra bu qurumun aparatı formalaşacaq. Keçmiş təhsil şöbələri isə Regional Təhsil Şöbələrinin nəzdində Rayon Təhsil bölmələri kimi fəaliyyət göstərəcək.
Digər detallar hələ ki, açıqlanmır. Yəni ki, hər rayon təhsil bölməsində neçə işçi, eləcə də hansı vəzifələr olacaq.
Qısası, maraqlı proeseslərin ərəfəsindəyik.
Zahir Əmənov. cenub.az