Müsahibimiz 10 ildir proqramlaşdırma sahəsində olan İnformasiya Texnologiyaları mütəxəssisi Elman Mütəllimovdur.
- Elman bəy, MİDA-da evlərin 5 saniyə ərzində satılmasını ilk siz qeyd etmişdiniz?
- Bəli, evlərin 5-6 saniyə ərzində satılmasını ilk sosial şəbəkədə mən paylaşdım. Yəqin bilirsiniz, MİDA-dakı evlər 5 saniyə ərzində satıldı. Bu da xüsusi, əvvəlcədən quraşdırılmış proqramlar vasitəsilə edildi. Bir neçə şəxs bununla bağlı insanlardan müəyyən məbləğləri alaraq, evləri satdılar. Hətta bunu dövlət qurumları özü də açıqladı.
- MİDA-da satılan evlərlə bağlı araşdırma başlanıldı, sizi də dəvət ediblər?
- Dəvət etmədilər, çünki qeyri-qanuni heç nə etməmişəm. Bu proses bir neçə adam tərəfindən izlənilirdi. 6-7 saniyəyə təbii üsulla seçimlər ola bilir. Bu dəfəki seçimdə isə 6-cı, 7-ci saniyələrdə evlər tamamilə tutulmuşdu. 3-4 saniyəyə bot vasitəsilə ev seçməyə cəhd edənlər olmuşdu. Onlar belə bunu bacarmamışdılar.
Ümumiyyətlə, MİDA-nın bu dəfəki ev seçimləri tamamilə şəffaflıqdan kənar seçim idi. Sadəcə, qurum özü bu barədə Dövlət Təhlükəsizlik Xidmətinə məlumat verdi və araşdırma başladı. Və çox yaxşı oldu ki, bunu edən şəxslər saxlanıldı.
- Elman bəy, ümumiyyətlə seçim prosesi necə olur?
- Seçim prosesində ASAN imza vasitəsilə sistemə daxil olunur. Parametrlər və yaxud da xəritə üzərində 3 seçim qoyulur. Onlardan biri seçilir. Daha sonra girirsiniz və mənzili rəsmiləşdirirsiniz. Yəni sadə prosesdir. Amma seçim prosesində insan çox çətinliklərlə üzləşir. İnsanlar da bunu bacarmadığı üçün məcbur pul verirlər.
- Belə çıxır ki, sıravi vətəndaşlar seçim edə bilmirlər?
- Hər kəsin texnologiyadan başı çıxmır axı. Kompüterin “Enter” düyməsini tanımayan insanlar da var. Onlara təmənnasız şəkildə kömək etməyi özümüzə borc bilirik. Və sonuncu seçimdə də mən özüm bunu etməyə cəhd etsəm də, alınmadı.
- Doğrudan da ala bilmirlər?
- Bu bir az müəmmalı məsələdir. Çünki real seçimlərdə qalib gələnlər olub. Biz ev seçimində insanlara kömək edəndə, bunu pul qarşılığında görmürük. Heç kim deyə bilməz ki, Elman bunu mənim üçün pul qarşılığında edib. İndiyədək iki seçimdə iştirak etmişəm. Hər ikisində də ev seçə bilmişik. Bu il isə alınmadı və alınmama səbəbi də məlum idi.
MİDA ilə bağlı böyük dəyişikliklərə ehtiyac var. Ən böyük problem də saytlarındadır. Bu seçimlərdə bir çox insan şikayət etdi ki, seçim başlayan kimi sayta bizi atdı. İnsanların qarşısına müəyyən bir saniyə qoyulur və o saniyəni tez istifadə etməsən sayt onu atır. Və adam girir ki, ev yoxdur.
İşimin şəffaflığına əmin olduğum üçün heç kimin mənim qarşıma qeyri-qanuni iş görməyimlə bağlı iddia və məbləğ qoya bilməz. Əgər kimsə buna inanmasa, mən həmin seçimi 7-8 saniyə ərzində ictimaiyyətə açıq şəkildə edə bilərəm. Burda tək məqsədimiz kömək etməkdir.
- Bayaq pul qarşılığında ev seçimlərinin edildiyini dediniz. Burda nə qədər məbləğdən söhbət gedir?
- Biz özümüz almırıq, amma aldığımız məlumatlara görə, 8, 10, 15 minə qədər məbləğ verənlər var. Hətta 20 min də təklif edənlər olub. Elə adamlar var ki, mən şəxsən tanıyıram, xüsusi proqramla kömək edəcəm deyib və pulunu alandan sonra qaçıb. Həmin pulu verən adam da, alan da qorxur. Çünki hər ikisi qeyri-qanunidir. Pulu alan da rahat olur, çünki bilir ki, pulu verən adam onu şikayət etməyəcək.
- Sizə hansı qeyri-qanuni təkliflər edilib?
- O kimi təklifləri hər gün 4-5 dəfə alıram. Hətta ağlasığmaz məbləğlər təklif edənlər də var. Ən çox da xanımlar müraciət edir. Münasibətdə olduqları insanların profillərini sındırmağımı istəyirlər. Ən son 17 min təklif etdilər. Mən ona dedim ki, bu kimi hallar kiber cinayət sayılır və cəriməsi var. Və mən bunu etmirəm. Qayıtdı ki, həm cəriməni ödəyir, həm də mənə əlavə pul verir. O dərəcə prinsipə düşən insanlar var. Amma bu yenə də qanun pozuntusudur.
Bilirsiniz, tanıyıb, münasibətə girdiyin insanın şəxsi məlumatlarını ələ keçirmək məntiqsizdir. Əmin olmadığım insanlarla da münasibətə girmirəm. Amma onu deyim ki, qadınların bunu istəməsi başa düşüləndi. Çünki xəyanət məsələlərinə görə, narahat olurlar. 10, 20 min bu dəqiqə gətirib ofisdə verirəm, bir dənə girim mesajlarına baxım kimi təkliflər var. Bu da bizə sərf etmir, çünki ilk xəbərdarlıqdan sonra 3 aydan 6 aya qədər həbs edilə bilərik.
- Son zamanlar insanların profilləri tez-tez oğurlanır. Bunu kimlər edir?
- Profillərin oğurlanması qeyri-qanuni işlərlə məşğul olan türk proqramçılar tərəfindən edilir. Əgər elə bil hal olursa, onu bərpa edə bilirik. “İnsatgram” və “Facebook”un adından insanlara yazırlar, ən çox da iş adamlarına.
- Bəs, insanların “Whatsapp” profilləri necə oğurlanır?
- “Whatsapp”ın son illərdəki boşluqlarından biri də tez-tez nömrəyə mesaj (təsdiqləmə kodu) göndərilməsidir. Və “Whatsapp” bir müddətdən sonra məhdudiyyət qoyur ki, mesajı çox göndərdin. Bundan istifadə edən işbazlar “Whatsapp”ın supportuna guya ki, bu nömrəyə kod gəlmir, bu mənim nömrəmidi, buna göndərin kodu yazırlar. Və kodu alıb “Whatsapp” a girirlər. Onu o qədər professional edirlər ki, həmin adamın profili qayıtsa da, bir müddət illeqal yollarla həmin profildən istifadə edə bilirlər. Qarşı tərəfin isə bundan xəbəri olmur.
- Həmin profillərin geri qaytarılmasını nə qədər pula edirsiniz?
- Əslində, standart qiymətlər var, amma biz insanlara kömək də edirik. Bu günə qədər elə bir insan ola bilməz ki, bizə müraciət etsin və biz onun işini görməyək. Oğurlanan “İnstagram” profilini 120 manata, “Facebook”u 200, Biznes səhifələri 1000-3500, “Whatsapp”ı isə 250-300 manata geri qaytarırıq. Profillər 3-4 günə qaytarılır. Qiymətlər isə izləyici sayı ilə bağlı dəyişir. Həm də biz məbləğin hamısını özümüzə götürmürük. Əməkdaşlıq etdiyimiz şirkətlərlə bölüşürük.
- Şantaj olunan insanlardan da sizə müraciətlər olur?
- Son zamanlar şantajla bağlı altıya yaxın müraciət almışıq. Şantaj olunanlar da ən çox evli kişilərdi. Belə ki, onlar qabaqcadan quraşdırılmış video vasitəsilə şantaj olunurlar. Videonu açırlar və qarşı tərəf çalışır ki, onların intim görüntülərini əldə etsin. Və sonra onu yayımlayırlar. Yayımlamaq üçün də profilləri xüsusi seçirlər. Məsələn aktiv profilim varsa və çox reaksiya gəlirsə, ona edirlər, çünki onun qorxacaq bir yeri olur. Adını çəkməyim, bir həftə qabaq bir insanın başına da gəldi elə şey. Hətta bundan qabaq hakim partiyanın neçə şəxsinə də bunu etdilər. Onlar işdən də çıxarıldı. Şantajlar çoxu eyni xarakterdə olur və təəssüf ki, eyni videoya hamı inanır.
- Şantaj olunan dövlət adamları da sizə müraciət edib?
- Bizə müraciət olmayıb. Videosu yayılanlar onlardan istənilən pulu verməyiblər deyə yayılıb. Ödəyən şəxslərin videosunu yaymayıblar və bu o demək deyil ki, onlara pul ödənməlidir.
Şantaj olunanların da hamısı deyir ki, videodakı mən deyiləm. Artıq şantaj olunan insanların psixologiyasını öyrənmişik. Əslində, qınamaq olmaz. Özlərini çarəsiz hiss edirlər, çünki illərlə yığdıqları imici itirməkdən qorxurlar. Ən əsası da videonu bizə atanda elə düşünürlər ki, bizim yanımızda pis olacaqlar. Amma bu bizim işimizdir. Bu kimi videoların sayı yüzdən çoxdu, bizim gözümüz öyrəşib.
- Qadınlar ən çox hansı məsələlərlə bağlı şantaj edilirlər?
- Bu məsələlərdə ən çox cavan qızlar hədəf alınır. Hətta son müraciət edənin 20 yaşı var idi. Ondan başqa bir xanım var idi, intim görüntüləri çəkilmişdi və təzyiq edilirdi. Yenidən görüşmək üçün edirlər bunu. Qadınların çoxu deyir ki, içkili olanda olub bunlar. Çox vaxt hüquq mühafizə orqanlarına müraciət etmirlər ki, ailələri biləcək. Ümumiyyətlə, ölkəmizdə kimisə şantaj etmək çox asan məsələdir. Ona görə də düşünürəm ki, qızlar bunu ailələrinə mütləq deməlidirlər. Çünki video yayılsa, daha pis faciələrə səbəb ola bilər. Biz tövsiyə etmişik xanım gedib ailəsi ilə danışıb və yaxşı reaksiyalar alıb. Belə deyək, ailəsi onu kimlərəsə yem etməyib, arxasında dayanıb. Şantaj məsələsində isə pul almırıq.
- Ən çox hansı sosial şəbəkədən şikayət gəlir?
- Ən çox “İnstagram”la bağlı şikayət alırıq. Müğənnilərin, bloggerlərin hesabları çox oğurlanıb. Bu da onların öz günahı üzündən olub. Məsələn, onlara “X” adlı bir şəxs yazır ki, sizin profilinizdə filan problem var, biz sizə kömək etmək istəyirik. Və yalandan mavi doğrulama qoyurlar profillərinin yanına və onlar da inanır ki, həqiqətən “İnstagram”dan kimsə ona yazır. Və şifrənizi “login”nizi yazıb atırsınız. Onlar sizə sayt göndərir ki, bura yazın. Və sizin bütün məlumatlarınız onlara gedir. Sonra da profilinizə girə bilmirsiniz.
FOTO: Emil Məmmədov, lent.az