Cenub.az-a daxil olan məlumata görə Mahir Muradovun evinin damında, plastik qabın içərisində 11 ədəd, ona məxsus həyətyanı bağçanın həyətindən 4 ədəd, ümumilikdə 15 ədəd, təmiz çəkiləri 14,257 qram olan, yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli (çətənə) bitkisi aşkar edilərək götürülmüşdür.
22 aprel 2022-ci il tarixində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları növbəti əməliyyat-axtarış tədbirləri keçirmişlər.
Əməliyyat-axtarış tədbirlər nəticəsində Masallı rayonunun Qızılağac kəndində anadan olmuş, həmin kəndin sakini, 1971-ci il təvəllüdlü, 51 yaşlı, orta təhsilli, ailəli, işsiz, əvvəllər məhkum olunmuş Muradov Mahir Sücayət oğlunun fərdi yaşadığı evinin yardımçı hissəsinə damına baxış keçirilən zaman oradan narkotik maddələr aşkarlanmışdır.
Məlum olmuşdur ki, Mahir Muradovun evinin damında, plastik qabın içərisində 11 ədəd, ona məxsus həyətyanı bağçanın həyətindən 4 ədəd, ümumilikdə 15 ədəd, təmiz çəkiləri 14,257 qram olan, yaş vəziyyətdə əkilib-beçərilməsi qadağan olunmuş narkotik tərkibli (çətənə) bitkiləri aşkar edilərək götürülmüşdür.
Faktla bağlı RPŞ-nin baş müstəntiqi Elturan Eminbəyli tərəfindən 22 aprel 2022-ci ildə cinayət işi başlanmışdır.
Cenub.az, Faiq Hüseynzadə