Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lerikdə qəribə yanğın||--||





Lerik idman və turizm şöbəsi müdirinin, inspektorunun, mühasibinin, eləcə də incəsənət məktəbinin bir neçə işçisinin iştirakı ilə hadisədən 4 gün sonra tərtib silinmə aktında göstərilir ki, 25 iyin 2010-cu il tarixdə, gecə saat 04.00 radələrində E. Rufullayev adına Lerik Rayon Uşaq İncəsənət məktəbinin inzibati binasının təsərrüfat anbarının tavan hissəsində olan limuset işığı qısa qapanma nəticəsində tüstülənərək ərimişdir. Həmin qısa qapanma nəticəsində otaqda olan inventar və avadanlıq hislənərək qaralmış, ərimiş, �dorojka�-xalçalara, elektrik piltələrinə, qaz peçlərinə, kitab şkafına, DVD, maqnitafona, televizora, UPS-ə, elektrik gücləndiricisinə, tar, kamança, qarmon, qaval kimi avadanlıqlaraa ciddi ziyan dəymişdir. Beləliklə, həmin otaqda yerləşən və aşağıda adları göstərilən inventar və avadanlıqlar istifadə üçün tam yararsız hala düşmüşdür�.

Bu avadanlıqlar barədə bir az aşağıda ətraflı danışacağıq. Öncə isə silinmə aktı barədə bir neçə kəlmə demək istəyirik.

Silinmə aktında yararsız hala düşmüş avadanlıq və inventarlar göstərilərkən onların alınma tarixi, markaları və qiymətləri göstərilməmişdir. Məsələn, belə yazılıb

1. Televizor. 1 ədəd (köhnə),

2 Maqnitofon. 1 ədəd (köhnə).

9. Stiblizator.1 ədəd (köhnə).

Yaxud bəzi avadanlıqların adı elə yazılıb, başa düşmək olmur ki, o nədir. 27. Zərb -1 ədəd.

Tüstü ilə yanğının düpədüz 4.00-da baş verməsi də maraqlıdır.

Adətən belə yoxlamalar üçün komissiya ayrılır və idarənin rəhbəri həmin komissiyanın hazırladığı aktı təsdiq edir. Bu silinmə aktında isə elə birinci imza idarə rəhbərinindir. Aktın hadisədən 4 gün sonra tərtib edilməsi, ictimaiyyətin nümayəndələrinin, mütəxəssislərin komissiyaya cəlb olunmaması əhali arasında bir sıra şübhələrin yaranmasına səbəb olub.

Bu barədə bizi məlumatlandıran mənbə bildirir ki, rayonun büdcə təşkilatları bir qayda olaraq avadanlıqları Bakıdakı ARKO Məhdud Məsuliyyətli Cəmiyyətdən alır. Guya bu təşkilat həmişə Leriklə bağlı keçirilən tenderlərin qalibi olur. Təkcə bir ildə Lerik kimi kiçik bir rayonda bu təşkilat təhsil, səhiyyə və mədəniyyət ocaqlarına 280 min manatlıq avadanlıq satıb. Bunun 150 min manat məktəblərin payına düşür. Eləcə də bildirilir ki, bu şirkət rayon icra hakimiyyətinin başçısına yaxınlığı ilə seçilir. Adı çəkilən şirkət əsasən avadanlıqları şişirdilmiş qiymətlərlə satır. Bəzən isə həmin avadanlıqlar rayona gəlməmiş müxtəlif bəhanələrlə silinir. Həmin mənbənin bildirdiyinə görə elə Uşaq incəsənət məktəbində 20 min manata yaxın avadanlığın tüstüdən məhv olması da belə əməliyyatlardan biridir. Belə ki, tüstüdən məhv olduğu bildirilən avadanlıqların bir çox heç anbara daxil olmayıb. Necə deyərlər, olmayan avadanlığı tüstüdən �yandırıblar�.

Avadanlıqların qiymətləri ilə bağlı digər mənbədən əldə etdiyimiz rəqəmlər də maraqlıdır. Tüstüdən məhv olan 29 avadanlığı bəzisinin qiymətləri ilə tanış olun. (Əvvəldə göstərilən rəqəmlər aktdakı sıra nəmrəsidir).

28. Kalkulyator. 1 ədəd. 39 manata. Xeyli soraqlaşsaq da rayonda bu qiymətə kalkulyatora rast gəlmədik.


5. Bəstəkarların şəkilləri. 77 ədəd. Maraqlıdır, bu qədər bəstəkarın şəkli anbarda nə gəzirmiş?

6. Kreslo. 1 ədəd. 354 manata. Hamı bilir ki, bu qiymətə nəinki kreslo, normal divan almaq olar.

16. Qaz peçi. 3 ədəd 1168 manata (!)

17. Kitab şkafı. 1 ədəd. 413 manat (?).

19. Tar 6 ədəd . 4082 manat.

20. Qarmon. 4 ədəd. 3476 manat.

21. Qaval. 2 ədəd. 230 manat.

22. Kamança. 5 ədəd. 2183 manat.

25. Stolüstü dəst. 10 ədəd. 354 manat. Təxminən bir dəst 35 manata.

Xalça-doroşkalarıla birlikdə, ümimilikdə 20 min manata yaxın avadanlığın yandığı göstərilir.

Biz bu barədə Lerik Yanğından Mühafizə İdarəsinin rəisinə də zəng çaldıq. O da bildirdi ki, biz dərhal hadisə yerində olduq, burada yanğın-filan görmədik. Sadəcə tüstü gördük.

Qarşı tərəfin fikrini öyrənmək üçün incənət Məktəbinin saylı telefonuna və mədəniyyət şöbəsinin saylı telefonlarına dəfələrlə zəng vursaq da dəsəyi qaldıran olmadı. Yalnız Mədəniyyət şöbəsinin mühasib köməkçisi Xasay müəllimlə danışa bildik. Xasay müəllim bildirdi ki, aktın ilk variantında mənim də imza olub. Düzü, mahiyyətin bilmədən qol çəkmişdim. Sonra bu işdə şübhəli məqamlar olduğunu eşidib, müvafiq təşkilatlara teleqram göndərərək imzamdan imtina etdim. Eşitdiyimə görə o binada azacıq tüstülənmə olub və bunu bir konister su ilə zərərsizləşdiriblər. Başqa heç nə deyə bilmərəm.

Qarşı tərəfin sözü olarsa, onlara da ev ayırmağa hazırıq. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10