Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəran sakini 12 min manatlıq qızıllarını gizlədərək polisə "oğurlanıb" yalanı deyib


Lənkəran sakininin 12 000 manat dəyərində qızıl-zinət əşyasının oğurlanması ilə bağlı polisə yalan məlumat verdiyi müəyyən edilib
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, rayon sakini Xalid Həmidov polisə müraciət edərək özünə məxsus olan “Vaz 2107” markalı avtomobildən 12 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını deyib.
 
Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi müəyyən edilib. Həmin qızıl-zinət əşyalarının X.Həmidovda olduğu müəyyən edilib.
 
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
 
Vətəndaşlara bir daha xəbərdarlıq edilir ki, polis və digər dövlət qurumlarına yalan məlumat vermək hüquqi məsuliyyət yaradır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10