Yaxud, gözlənildiyi kimi bir çoxunun cəsarətsizliyinin “çatdaqları” daha aydın göründü
Bəlli olduğu kimi, cenub.az saytının Baş redaktoru Zahir Əmənov 13 aprel 2022-ci ildə Masallı Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. Ona 2 sutkalıq, 48 müddətinə saxlanma qərarı verilmişdi. Lakin ölkənin aparıcı jurnalistləri Arif Əliyev, Qulu Məhərrəmli, Elçin Şıxlı, Mehman Əliyev, Əvəz Zeynnalı və başqaları Daxili İşlər Naziri Vilayət Eyvazov cənablarına müraciət etmişdi. Nazir də müraciətə dərhal reaksiya verərək, Masallı Polis Şöbəsi ilə əlaqə saxlamış, müvafiq göstərişlər vermişdi. Nəticədə, hətta 48 saatlıq cəza müddətinin bitməsinə 7 saat qalmış məni təcridxanadan azad etdilər.
Oradan çıxan kimi Polis Şöbəsinin giriş qapısında çox dəyərli hüquqşünaslarımız Elçin Sadıqovu və Xalid Ağəliyevi görəndə çox xoş duyğular yaşadım. Aprel 15-də isə mətbuatımızın cəfakeşlərindən biri, çoxlarının mətbuat generalı adlandırdığı Arif Əliyev, necə deyərlər, məni yoxlamağa gəldi. Xeyli söhbətləşib dərdləşdik. Cənub Xəbər tv-yə də müsahibə verməyə vaxt tapdı. Həftə ərazində müxtəlif jurnalist qruplarının görüşümüzə gələcəyi gözlənilir.
İndi isə sizə Arif Əliyevdən aldığımız müsahibəni təqdim edirik.
Hazırladı: Faiq Hüseynzadə
Link burada: