Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanın mətbuat generalları "Cenub.az" saytının baş redaktoru Zahir Əmənovu necə müdafiə etdi? (Video)


Daxili İşlər naziri Vilayət Eyvazov saxlanılan jurnalist Zahir Əmənovun məsələsini diqqətə götürüb.

Bu barədə Xural TV-nin rəhbəri Əvəz Zeynallı məlumat verib.

O qeyd edib ki, bu gün səhər DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev zəng vurub və onların müraciətini nazirin diqqətə çatdırdığını deyib.

"Nazir əlindən gələn köməyi edəcək" , - deyə E. Hacıyev vurğulayıb.

Daha ətraflı videoda:




Xatırladaq ki, dünən bir qrup jurnalist həm sosial şəbəkə üzərindən, həm də şəxsən V. Eyvazova Z. Əmənovun məsələsini diqqətə götürməyi xahiş etmişdi.

Əlavə edək ki, "cenub.az" xəbər portalının rəhbəri Z. Əmənov hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilindiyi üçün tutulub.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məsəlləsinin 182.1-ci maddəsilə cinayət işi başlanılıb.

İstintaq hərəkətləri davam etdirilir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10