Lənkəranda itkin düşən 39 yaşlı kişinin meyiti tapılıb.
Bizim.Media
Nərimanabad qəsəbə sakini 1983-cü il təvəllüdlü Elşən Akif oğlu Məmmədovun meyiti qəsəbə ərazisindəki həyətlərin birində aşkar olunub.
Sakinlər bildiriblər ki, A.Məmmədov martın 27-dən etibarən yaxınları tərəfindən axtarılıb.
Onun aşkar olunduğu həyət Rusiya Federasiyasında yaşayan Nəzakət Xanhüseyn qızı Abdullayevaya məxsusdur. Evdə uzun müddətdir yaşayış olmayıb. Meyit qonşular tərəfindən həyətin dalan hissəsində, üzərinin azbes şiferlə örtülmüş vəziyyətdə tapılıb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bizim.Media