Məlumatda onun əmisi oğlu tərəfindən öldürülüb kəndin arxasındakı zibilliyin yaxınlığında basdırıldığı bildirilir
Cenub.az-a bir neçə mənbədən daxil olan məlumata görə Təklə İnzibati Ərazi Dairəsinin Təklə kəndində 2015-ci ildə, 7 il öncə itkin düşdüyü bildirilən Cəfərov Səidə Fərhad qızının əmisi oğlu Əfrayıl Əlisa oğlu tərəfindən öldürüldüyü qeyd olunur. Bu barədə Xoşqədəm Hidayət qızının verilişində də geniş süjet yayımlanmışdı.
Həmin verilişdə onun anasının video çıxışını diqqətinizə çatdırırıq.
Bu gün, aprelin 11-də isə Səidə Fərhad qızının əmisi oğlu Əfrayıl Əlisa oğlu tərəfindən öldürüldüyü haqqında məlumat yayıldı. Məlumatda bildirilir ki, 1993-cü il təvəllüdlü Təklə sakini Əfrayıl Əlisa oğlu artıq saxlanılıb və o etiraf edib ki, Səidə Fərhad qızını o öldürüb və kəndin arxasındakı zibilliyin kənarındakı çayın yaxınlığında basdırıb.
Ikinci versiya isə ondan ibarətdir ki, meyit həmin şəxs tərəfindən digər yerdə basdırılıb.
Meyitin tapılması üçün Masallı Polis Şöbəsi operativ şəkildə axtarış tədbirləri həyata keçirir.
Hazırda axşam saatları olmasına baxmayaraq, əraziyə giriş-çıxış bağlanıb. Yüksək səviyyədə qazındı işləri aparılır.
Polisə məlumatı təsdiq etsə də, ətraflı məlumat bildirəcəyini vəd etsə də, hələ ki, onlardan xəbər yoxdur.
Olay diqqətimizdədir.
Cenub.az. Zahir Əmənov
Qeyd: Xəbərə istinad edən paytaxt saytlarından xahiş edirik ki, mənbəni göstərməyi unutmasınlar.