Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəranda iki həftədir axtarılan kişi ölü tapılıb


Lənkəran rayonunda iki həftədir axtarılan 39 yaşlı kişinin meyiti tapılıb.
 
Nərimanabad qəsəbə sakini, 1983-cü il təvəllüdlü Elşən Akif oğlu Məmmədovun meyiti qəsəbə ərazisindəki həyətlərin birində aşkarlanıb.
 
Sakinlərin bildirdiyinə görə A. Məmmədov martın 27-dən etibarən yaxınları tərəfindən axtarılır.
 
Onun aşkar olunduğu həyət Rusiyada yaşayan Nəzakət Xanhüseyn qızı Abdullayevaya məxsusdur. Evdə uzun müddətdir yaşayış yoxdur.
 
Meyit qonşular tərəfindən həyətin dalan hiisəsində, üzərinin azbes şiferlə örtülmüş vəziyyətdə tapılıb.
 
Mərhumun nəşi müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
 
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10