Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Pakistanda xalq səhərə kimi mitinq edib: İmran Xandan böyük dirəniş


İmran Xanın baş nazir vəzifəsindən kənarlaşdırılması Pakistanı qeyri-müəyyən siyasi yola sürükləyib.

“Yeni Sabah”ın məlumatına görə Əl-Cəzirə yazır ki, İmran Xanın vəzifədən uzaqlaşdırılmasına etiraz edən tərəfdarları küçələrə çıxıb. Gecə saatlarında – iftar açıldıqdan sonra minlərlə insan ayrı-ayrı şəhərlərdə yürüşlər ediblər.

Onların içərisində gənclər üstünlük təşkil edib. Təkcə Karaçi şəhərində 20 mindən çox insan Xanın hakimiyyətə qayıdışını vəd edən şüarlar səsləndirib.

İslamabadda İmran Xan yük maşınının üstündə izdiham önünə çıxıb. “Tariximizdə heç vaxt belə izdiham bu qədər kütləvi və bu qədər çox olmamışdı” deyə Xan bazar günü gecəsi Twitter hesabında yazıb.

O, 15 milyondan çox izləyicisinə "Azadlıq mübarizəsi bu gün yenidən başlayır" deyib.

İmran Xan iddia edib ki, Çin və Rusiyaya üstünlük verən müstəqil xarici siyasət seçdiyi üçün ABŞ onun hakimiyyətdən getməsinə çalışıb. ABŞ Dövlət Departamenti isə onun iddialarını təkzib edib.

Never have such crowds come out so spontaneously and in such numbers in our history, rejecting the imported govt led by crooks. pic.twitter.com/YWrvD1u8MM

— Imran Khan (@ImranKhanPTI) April 10, 2022





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10