1965-ci il təvəllüdlü Astara rayonu Maşğan kənd sakini Qasımov Natiq Mirzəhəsən oğlunun meyidi yaxınlıqdakı meşə massivində tapılıb. Hadisədən kənd sakinlərindən biri xəbər tutub, ailəsinə xəbər verib. Asılmış vəziyyətdə meyidi tapılan N.Qasımovun ruhi-əsəb xəstəliyi olub.Yaxınlarının deməsinə görə bir müddətdir müalicəsini yarıda saxlayıb. Son dəfə dünən səhər satlar 11-də evdən çıxıb və geri qayıtmayıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Report.az