Lənkərandan yaşayıb yaradan Tofiq Həsənlini necə dəyərli insan, eləcə də, necə ustad şair olduğunu, necə deyərlər, el bilir, aləm bilir. Onu Əliağa Vahidin, Baba Pünhanın davamçısı sayanlar da az deyil. Elə son kitabının təqdimatın onun onlarla heyranının Tofiq Həsənli haqqında dediyi sözlər də buna sübutdur.
İndi bu cür istedadlı, kəskin qələm sahibinin Lənkəranın mərkəzində təhqir edirlər. Təhqir edənlər kim olsa yaxşıdır? Bütöv Azərbaycan Partiyasının (Fazil Mustafa) və Böyük Qurtuluş Partiyasının (Qüdrət Həsənquliyev) Lənkəran təmsilçiləri.
Olay dünən, aprelin 9-da Lənkəran şəhərinin Məkan adlanın restoranında baş verib. Belə ki, ölkənin tanınmış yazarları – Əvəz Zeynallı və Kəramət Böyükçöl kitab yarmarkası keçirtmək üçün Lənkərana gəliblər. Tədbirdən sonra Tofiq Həsənli və bir neçə nəfər yazar qonaqlarla “Məkan”a çörək yeməyə gəlib. Tofiq Həsənlinin telefonda bizə bildirdiyinə görə, restoranda olan zaman onu çölə şağırıblar. Burada bir qrup şəxslərlə söhbət zamanı Tofiq Həsənli Fazil Qəzənfəroğlu ilə bağlı yazdığı tənqidi şeir müzakirə mövzusu olub. Hansı ki, bu şeirdən sonra Fazil Qəzənfəroğlunun tərəfdarları həmin status altında olduqca təhqiramiz rəylər yazıblar. Tofiq də bu məqama diqqət çəkərək bildirib ki, üzr istəsinlər, bağışlayaram. Bu zaman Bütöv Azərbaycan Partiyasının Lənkəran təmsilçisi onlara yaxınlaşaraq bir qrup adamın yanında Tofiqi açıq-aşkar təhqir edir.
Bu, partiya təmsilçilərinin səviyyəsi. Amma qəribəsi odur ki, ətrafdakılar da bu biabırçı mənzərəyə susub. Hətta cəsarətli çıxışları ilə həmişə diqqət çəkən Əvəz Zeynallı və Kəramət Böyükçöl də olaya seyrçi qalıblar. Yəqin, elə düşünüblər ki, bu təxribatdır, onları oyuna çəkirlər. İnanırıq ki, Bakıya qayıtdıqdan sonra sözlərini deyəcəklər. Yalnız məclisin iştirakçısı olan cəlilabadlı Elşad Təhməzov adlı şair Tofiq Həsənlini maşınına əyləşdirib onu evlərinə aparıb.
Tofiq Həsənli yəqin ki, polisə, prokurora müraciət etməyəcək. Amma bütün hallarda bu, Lənkəran üçün utanvericidir. Bu həm də yuxarıda adı çəkilən partiyalar üçün biabırçılıqdır. Görün, sizi yerlərdə, həm də Lənkəran kimi yerdə kimlər, hansı səviyyəli insanlar təmsil edir? Onların da reaksiyasını gözləyirik.
Bu yerdə bir “ağız da” özüm üçün “oxşama” deyim.
Bu ilin yanvar ayında mənə qarşı Masallı Rayon İcra Başçısının özünün 1-ci müavini Məmmədhüseyn Hüseynovun rəhbərliyi ilə 40-a yaxın məmuru üstümə göndərdiyi yəqin ki, yadınızdadır. Deməli, Masallının İcra Başçısı Şahin Məmmədovun , bir dələduz jurnalisti açıq-aşkar himayə etdiyini ifşa edən yazı yazmışdım. Hansı ki, bu şəxs Qarabağ Qaziləri də daxil 10-dan artıq şəxsi aldadaraq pulunu almışdı. Haqqında məhkəmə qərarı da var idi. Özü də RİH yanında İctimai Şuranın üzvü idi. Lakin bu dələduz icra başçısı, müavinləri səviyyəsində himayə olunurdu. Yazdıqlarımızı təkzib etmək gücün də olmasalar da, əməllərindən utanmaq əvəzinə, üstümə 40 məmur yolladılar. Qazandıqları nə oldu? Özlərini ifşa etdilər. Icra Başçısının bu əməliyyatı deyərdim ki, onun Masallıda çalışdığı 2 il yarım müddətində ən düşünülməmiş, biabırçı bir addım idi. Biz bu olaya zaman-zaman qayıdacağıq.
Necə deyərlər, öz dərdimizi dedik, Tofiq Həsənli yaddan çıxdı.
Bir mənalı olaraq deyirəm ki, Tofiq sən çox böyüksən, sənin hətta “günahların” sənin üstünə gələnlərin ”savabından” qat-qat çoxdur. Necə deyərlər, qəm eləmə, Ramiz Rövşən demişkən, “sən yıxılan ucalıqlar qalacaq”.
Yəqin bu olaylardan sonra çoxlarına bəlli oldu ki, əyalətdə nəinki müxalifətçi, hətta yarımmüxalifətçi, müxalifətyönümlü olmaq da necə zülmdür.
Tofiq, yazının sonuna sənin bir şeirinin linkini əlavə edirəm ki, bir daha özün də, sənə “papaq” atanlar da bilsin Tofiq Həsənli necə NƏHƏNG BİR ŞAİR, necə dəyərli bir insandır.
Vaxtınız olsa, buna da baxın
Hazırladı: Zahir ƏMƏNOV
Cenub.az