Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İsa peyğəmbərin qardaşı olub? – Bilmədiyimiz faktlar


Bibliyada yazılan və çoxlarının yanlış bildiyi 9 faktı təqdim edirik.

Adəm və Həvva Cənnət bağında
Адам и Ева в райcком саду
Hamı Adəm və Həvvanın Cənnət bağında alma yediyini bilir. Ancaq Bibliyada onların meyvə ağacından yemək yediyi yazılıb. Bu meyvənin isə alma olması qeyd edilməyib.
İsa və onun qardaşları
Иисус и его братья
İsanın qardaşları və bacıları olmayıb? Əslində belə deyil. İohannın İncilində 7 yerdə İsanın bir neçə qardaşı olduğu haqda məlumat var. Ola bilsin ki, bu doğru məlumatdır.
Yeddi ölümcül günah
7 смертных грехов
Yəqin ki, 7 ölümcül günah barədə eşitmisiniz. Qürur, acgözlük, şəhvət düşkünlüyü, köklük, qəzəb, tənbəllik – 7 ölümcül günah bunlardır. Ancaq bu günahlar İsanın ölümündən bir neçə əsr sonra qəbul olunub.
Qiyamətin üç süvarisi
Трое волхвов
İncildə, İsanın süvarilərdən üç hədiyyə aldığı haqda məlumat var. Ancaq onların sayı haqqında məlumat yoxdur.
Əraf
Чистилище
Bibliyada bu yer barədə heç bir məlumat verilməyib. Əraf barədə ilk dəfə 1274-cü ildə Lyon kilsəsində qeyd olunub.
Vəftiz
Крещение
Bibliyada yazılanlara görə, uşaqları vəftiz etmirlər. İsa 30 yaşında vəftiz olunub. İncildə yazılıb: “Kim imana gəlir və vəftiz olunursa azadlığa çıxır”. Deməli, insan əvvəlcə etiqad etməli, daha sonra vəftiz olunmalıdır.
İsanın çörək kəsməsi
Иисус преломил хлеб
İsanın çörək kəsib şərab içməsi... Bu yəhudi əfsanəsidir. Çörək kəsib şərab içmək uzun yola çıxmazdan əvvəl yerinə yetirilən ayindir və bu o deməkdir ki, gözlənilən adam gələcək. İsa çörəyi kəsməklə öləcəyinə və sonra diriləcəyinə işarə vururdu. Çörəklə şərab bədənlə qanın simvolu hesab olunur. Kilsə bu ayini həmin əfsanədən götürüb. Ancaq bu ruhun xilasını ifadə edən ritual deyil.
İsanın doğum günü
День рождения Иисуса
Yəqin ki, İsanın doğumu ilə bağlı fərqli tarixlər eşitmisiniz: 25 dekabr, 7 yanvar... Ancaq İncilin heç bir yerində İsanın doğulması ilə bağlı qeyd yoxdur. İsanın doğum günü haqqında danışırlar ki, həmin gün çobanlar qoyun otarırdı. Axı qışın oğlan çağında bu necə mümkündür?
Həvarilər
Апостолы
Filmlərdə həvarilərin 30-40 yaşlı kişilər olduğunu görürük. Ancaq bu belə deyil. İncilin 17-ci hissəsində yazılır ki, həvarilər Kapernaum şəhərinə gələndə onlardan vergi istədilər. Vergini isə yalnız Pyotr və İsa verdi. Qalanları isə vergi verə bilməzdilər, çünki yaşları az idi./kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10