Avropa İttifaqı Vladimir Putinin qızlarını yeni sanksiya siyahısına əlavə etmək niyyətindədir.
Cenub.az “Daily Telegraph”a istinadla xəbər verir ki, Rusiya dövlət başçısının Katerina Tixonova və Mariya Vorontsova adları ilə tanınan övladları digər siyasətçilər, oliqarxlar və onların ailə üzvləri ilə birgə siyahıya salınacaq.
Yeni qadağalara aktivlərin dondurulması və səyahət məhdudiyyətlərini nəzərdə tutulur.