Xəbər verdiyimiz kimi Masallıda fəaliyyət göstərən “Ümidim sənsən” İctimai Birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqənin qalibi olmuşdur.
“Həssas qrupdan olan qadınlara dəstəyin göstərilməsi” layihəsi çərçivəsində ilk tədbir rayonun Şərəfə kəndində, “Bələdiyyə evi” adlanan iclas zalında baş tutmuşdur. 20-yə yaxın qadının qatıldığı tədbiri birliyin sədri Fidan Abbaslı açmış, həssas qrupa daxil olan (ünvanlı yardım alanlar, əlil qadınlar, həyat yoladaşını itirənlər, boşanan, yaşı ötsə də ailə həyatı qura bilməyən qadın) həssas qrupa daxil olan qadınlara dəstəyin vacibliyindən, bu sahədə görülən və görüləcək işlərdən danışdı.
Daha sonra bir sıra Beynəlxalq səviyyəli tədbirlərdə təcrübə keçmiş, ekspert Zahir Əmənov iştirakçılara müzakirə olunan mövzunun hədəfləri barədə geniş məlumat verdi, müqayisələr apardı, ölkə və dünya təcrübəsindən nümunələr göstərdi.
Tədbir iştirakçılarından Həcər Əliyeva, Məhbubə Məmmədova , Bəsirə İbişova və başqaları olduqca dəyərli təkliflər səsləndirdilər, İcbari Tibb Sığorta, Ünvanlı yardım, iş yerləri, xeyriyyəçi qadın qrupları yaratmaq və s. fikirlər daha maraqla qarşılandı.
Tədbirin 2-ci hissəsində isə, çay və şirniyyat süfəri arxasında deyilmiş fikirlər və ideyalar yenidən müzakirə olunub, onların reallaşması, müvafiq təşkilatların diqqətinə üçün təkliflər hazırlandı.
Layihə rəhbəri Fidan Abbası sonda tədbiri yekunlaşdırıb iştirakçıların çoxsaylı suallarını cavablandırdı. F. Abbaslı bu tədbirin təşkilində onlara yardımçı olmuş.Masalli rayon İcra hakimiyyəti, İHB-nin Ərazi Nümayəndəsi Valeh Seyfullayev və ictimai fəallar Pərvanə Ziyadovaya, Dürdanə Huseyinova, İlah Bagirovaya, Məhsəti Seyfullayevaya və digərlərinə minnətdarlığını bildirdi.
Sonda iştirakçılara mövzu ilə bağlı hazırlanmış flayerlər paylanıldı, müvafiq sertifikatlar təqdim olundu. Eləcə də layihə çərçivəsində bu ilin may ayında rayon mərkəzində təşkil olunacaq pulsuz kompüter kurslarına iştirakçılar müəyyənləşdi.
Sabahdan başlayaraq tədbirdə deyilən təkliflərə uyğun olaraq “Ümidim səsnsən” İb-in bu layihədə tərəfdaşı Masallıdakı “Qadın Resurs Mərkəzi”nin psixoloq və sosiolaqları, huqusunaslari Şərəfə kəndində olub bu sahədə ehtiyacı olan qadınlarla görüşəcək, onlara yardımlar edəcəklər.
Layihə çərçivəsi sahəsində növbəti görüşlər Ərkivan qəsəbəsi, Çaxırlı, Bədəlan və Məmmədoba ərazilərində keçiriləcək.
Cenub.az. Faiq Hüseynzadə