Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda güllələnmə (Yenilənib)


Masallıda  güllələnmə (Yenilənib)Bakıda atışma: Masallıda 65 yaşlı kişini güllələyən şəxs öldürüldü

Masallı rayon sakinini Rusiyadan gələrək güllələyən şəxs Bakıda öldürülüb.
Trend-in məlumatına görə, Masallı rayonunda silahlı insident nəticəsində 1953-cü il təvəllüdlü Qızılavar kənd sakini Ağayev Ağəddin Nuru oğlunu güllələyərək öldürən şəxs Bakıda təqib olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılaraq həmin şəxsin 1977-ci il təvəllüdlü Zaur Əliyev olduğu müəyyənləşib. Keçirilən əməliyyat tədbirləri nəticəsində onun Nərimanov rayonu ərazisindəki kirayədə yaşadığı mənzildə olduğu müəyyən edilib.

Əməliyyat qrupu mənzilə yaxınlaşaraq Z.Əliyevi təslim olmağa dəvət edib. Lakin o, təslim olmayıb və özü ilə gəzdirdiyi silahla əməliyyat qrupuna silahlı müqavimət göstərərək onlara atəş açıb. Nəticədə cavab atəşi ilə Z.Əliyev öldürülüb.

Hadisə yerindən Z.Əliyevin qanunsuz saxladığı odlu silah və patronlar götürülüb. Öldürülən şəxs Masallı rayon sakinidir və uzun müddət Rusiyada yaşadığı və kriminal qruplaşmanın üzvü olduğu deyilir.

Qeyd edək ki, güllələnmə hadisəsi martın 23-də Masallı rayonunda baş verib. Masallı rayon sakini, 1953-cü il təvəllüdlü Qızılavar kənd sakini Ağayev Ağəddin Nuru oğlu güllələnib.

Yaralı 4 güllə yarası ilə Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.

Hadisənin münaqişə zəmnində baş verdiyi bildirilir. Qeyd olunur ki, zərərçəkmiş Rusiyada müəyyən şəxslərlə ədavətdə olub və bu səbəbdən Azərbaycana qaçıb. Lakin o təqib edilərək Masallıda güllələnib.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120 -ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.




***

Bakıdan gələn “qonaqlar” 65 yaşlı Qızılavar sakininə qəbiristanlıq yaxınlığında 4 güllə vurublar

Masallı rayonunda ötən axşam bir neçə güllə yarası alan şəxs Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə keçirilib.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Masallı rayonunun Qızılavar kənd sakini 1953-cü il təvəllüdlü Ağəddin Nuru oğlu Ağayevin üzərində cərrahiyyə əməliyyatı 7 saata yaxın davam edib. Onun bədənindən 4 ədəd güllə çıxarılıb. Reanimasiya şöbəsinə yerləşdirilən A.Ağayevin vəziyyəti ağır olaraq qalır.

Bu arada hadisənin bəzi təfərrüatları məlum olub. "Report"un əldə etdiyi məlumata görə, insident kənd qəbiristanlığının yaxınlığında baş verib.

"Mercedes" markalı avtomaşında olan üç nəfər A.Ağayevin qarşısını kəsib. Onlardan biri ana tərəfi Qızlavar kəndindən olan, Masallı şəhərində yaşayan Zaur adlı şəxsdir. 

Avtomobildə olanlar atəş açdıqdan sonra hadisə yerindən uzaqlaşıblar. İnsidentin motivinin əslində A.Ağayevlə deyil, onun oğlu ilə əlaqəli olduğu söylənilir. Belə ki, atasından oğlunun yeri soruşulub, demədiyi üçün o, güllələnib.

İnsidentlə bağlı hələlik saxlanılan yoxdur. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd:cenub.az-un əldə etdiyi məlumata görə “qonaqlar” Bakıdan gəlib. Hazırda onların tapılması üçün rayon polis şöbəsi ciddi axtarış əməliyyatları aparır. Hadisənin qisasçılıq zəmnində baş verdiyi bildirilir. Yayılan məlumata görə, qisasçılar güllələnən şəxsin oğlunu öldürməyə gəlib. Onu tapmadıqda atanı güllələyiblər. Sifarişin isə Rusiyadan gəldiyi ehtimal edilir.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10