Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

(Video) Lerik. Dağ kəndinin ürək dağlayan dərdləri, yaxud niyə yerli sakinlər İcra Başçısı əvəzi Cəlil Baxşiyevin qəzasına kimlər sevinib?


Lerik müxbirimiz Mais Hüseynin saytımızda ilk yazısı

Əslən Lerik rayonundan olan  Mais Hüseyn Arzuman oğlu  27.03.1988 ci ildə Litva respublikasında anadan olub.

Valideynləri Lerik rayonunun Vistən kəndindəndir. Mais də uzaq Litvada anadan olsa da, orta məktəbi doğma Vistən kəndində oxuyub. O, ali təhsillidir, 3 övladır var. Hazırda Yeni Yol partiyasının sədr müavinidir.

Mais bəy həm də fəal bolgerdir. Doğma yurdu Lerik rayonunun problemləri ilə bağlı paylaşmalar edir. Onunla bu ilin aprel ayından həm də cenuz.az saytı ilə könüllü kimi əməkdaşlıq etməyə qərar verdik.

Mais bəyin ilk yazısını sizə təqdim edirik.

 Əksər rayonların uğurları və dərdləri bir-birinə bənzəsə də, dağlıq rayonların, o cümlədən Lerik rayonu bu dərdlərin, necə deyərlər, “ucalığında” dayanan, az qala, digər  dərdlərini unutduran bir dərdi var – o da yol dərdi. Dəfələrlə bu məqsəd üçün milyonlar, hətta 10 milyon manatlar ayrılsa da, yollarımız bərbadlıqdan xilas ola bilmir.

Bu yaxınlarda baş vermiş qəribə bir qəza sanki bu yol dərdinə yeni təkan verdi.

Deməli, bir həftə öncə selin-suyun yaratdığı daşqınlardan sonra onsuz da bərbad olan Lerikin kəndarası yolları daha bərbad hala düşdü. 

Ən maraqlısı isə odur ki, artıq bir neçə aydır icra başçısı vəzifəsini icra edən 1-ci müavin Cəlil Baxşiyevin də içində olduğu maşın selə tab gətirməyərək burulğana düşüb. İcra başçısı əvəzi də yüngül yaralanıb. Onun əyləşdiyi maşın isə daşqın nəticəsində sağa-sola çırpılıb. (Kadrları təqdim etdiyimiz videolardan da izləyə bilərsiniz).


Bəlkə də adi bir yol qəzası kimi bu olayın üstündən keçmək də olardı. Amma qəribəsi odur ki, əksər leriklilər az qala bu qəzanı sevinclə qarşıladı. Niyə?

Son illərdə Lerik yollarının təmiri ilə bağlı aldığımız məlumata görə, 26 milyon manat pul ayrılıb. Heyf ki, həmin vəsaitin çox cüzi hissəsi Lerik rayonunun təmirinə ayrılıb. Təmir isə o qədər keyfiyyətsiz (qısa müddətdə dağılmalar, partlamalar) olub ki, mövcud yolllar daha bərbad hala düşüb və insanlar bu yollardan keçən zaman min cür əzab çəkirlər.

Məhz həmin təmir pulu yeyilmiş yollardan birindən,  Ağçay  ərazisindəki çayın üstündən keçən zaman icra başçısı əvəzi Cəlil Baxşiyevin də əyləşdiyi maşın daşqına məruz qalıb. Necə deyərlər, rəhbər özü qazdığı “quyuya” özü düşüb. Yəni, ayrılan pullar mənimsənilməsəydi, rəhbər də az qala ölümlə üz-üzə qalmazdı.

Mənim fikrimcə,, Cəlil Baxşiyev rayon rəhbəridir, sağlam adamdır, bu sel-suyu maşınla, atla, lap ayaqla da keçə bilər. Bəs hər gün bu təhlükə ilə üz-üzə qalan kəndin qocası, xəstəsi, uşağı, qadını və digər  imkansız insanlar nə etməlidi?

Eyni tənqidlər Lerikdən millət vəkili “seçilən” İqbal Məmmədova da aiddir.

Axı, bunların hər ikisi leriklidir, bu torpağın oğludur. İnsan da öz yurduna, öz torpağına bu qədər biganə, bu qədər qəddar olarmı?

Mən Yeni Yol partlasının sədr müaviniyəm. həm də Lerikliyəm deyə,  orda çoxlu pardiyadaşlarımız var. Ona görə də lerikdə baş verən  hadisələrdən daha tez və   operativ məlumatım olur.

Bu hadisə də  Ağçay ərazisində baş verib, UAZ markalı avtomobil Lerik rayon xəstəxanasına aid dövlət maşını olub, İçində Cəlil Baxşıyevdən başqa icra hakiminin digər müavini Habil Məlikov və sürücü  də olub.

Bu yol Noda - Xanəgah yolu adlanır. Sənədlərdə şişirdilib 36 km uzunluqda yazılsa da, əslində cəmi 29 km-lik yoldur, Bu yolun təmiri  üçün dövlət büdcəsində vəsait ayrılsa da, yol hələ də təmir olunmayıb. Bu ayrıca bir mövzudur və məndə olan məlumata görə, bu yolun tikintisinə 26 milyon manat pul ayrılıb, amma o yolun təmirinə heç bir-iki milyon da vəsait xərclənməyib. Ona görə də dövlət vəsaitlərinin mənimsənilməsində  deputat İqbal Məmmədov, keçmiş başçı Rövşən Bağırov  və Cəlil Baxşıyevin adı tez tez hallanır. 

İşlətdiyim ifadə  biraz kobud səslənsə də, mən    rayon sakinlərinin əzab - əziyyətin şahidi olduğum üçün hesab edirəm ki, sel Cəlil Baxşıyevi birdəfəlik aparsaydı,  bəlkə leriklilərdə başqa ovqat yaranardı. 

Ümümiyyətlə, Azərbaycanın rayon və kəndlərində  ağrılı  problemləri çoxdur, Lerik isə tamamilə bərbaddır. Sanki Lerik Azərbaycan ərazisinə, sərvətinə aid olmayan bir yerdir. Təəssüflər olsun ki, 30 illik müstəqillik dövrü keçirmiş Azərbaycanda biz hələ də yol, mavi qaz, su və s problemlərini  müzakirə edirik. 

Səhv eləmirəmsə, 13 illik Millət vəkilliyinindən  hələ heç bir fayda  görmədiyimiz  deputat iqbal Məmmədov özü də bir dəfə çıxışında qeyd edib ki, "lerikdə kənd arası yolların cəmi bir neçə faizi asvalt örtüyü ilə təmin olunub", Lerik kəndlərinin yolları keçilməz haldadır. Lerikin 163 kəndi var və əksər kəndlərin yollarında demək olar ki,  böyük fəsadlar və problemlər var.

Bir neçə yol güclü yağış, qar yağanda bərbad hala düşür. 
 Məsələn, 18 kilometrlik  Veri - Piran   yolunun iki hissəsində ümümiyyətlə körpü yoxdur və insanlar UAZ və NİVA  markalı avtomobillərlə o çayları keçərkən olduqca böyük təhlükələr ilə üz-üzə qalırlar.
Sözü gedən Ağçay kəndindəki yol, Piran- Bürsülüm- Vov yolu, Piran- Ancəqəv yolu, Coni , loda, ləko yolları ümümiyyətlə bərbad haldadır. 

Coni ərazisində  8 kənd var və bütün yolları keçilməzdi. Nücü -Lərmərüd yolu çox bərbad gündədir.  

Lerik - Lənkəran yolunun 40 -cı kilometrliyindən kəndimizə cəmi 4 km məsafədir.  Mən hər ay o yolu bir neçə dəfə keçirəm. Yayda 4 km lik yolu 35-40 dəqiqəyə, qışda 1 saatdan artıq vaxta qət edirik. 

  Xoşbəxtlikdən kəndimizə gedən yolun üstündə sovet hakimiyyətinin vaxtında heç olmasa çayların və dərələrin üstündə körpülər inşa edilib,  yoxsa, bizdə də Ağçay kəndində olan hadisələr tez tez baş verərdi.

Bu sahədə deyləsi sözlər çoxdur və yəqin ki, növbəti yazılarda bunları detalları ilə sizə təqdim edəcəyik.

Mais Hüseyn. Lerik

Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10