Ermənistanın hazırkı durumu təxminən belə ümumiləşdirmək olar: “ölüb, amma özünə demirlər”. Təsəvvür edin, gizlincə Rusiyanın Ukraynadakı işğalına dəstək verib, rus ordusu üçün 4 qırıcı uçurdub, amma qanmayıb ki, müasir texnologiyalar tundradakı Qu quşunun gözlərinin rəngi barədə detallı məlumatlar hazırlamağa imkan verir, o ki ola politları ilə birgə Ukraynanı viran qoymağa göndərilən SU ”quş”ları...
Türkiyənin məşhur Haber Global Media Qrupu Ermənistanın Ukraynaya qarşı xain planda yer alması haqda xəbəri tirajlayandan, həmçinin bu xəbərbaycanın xəbər seqmentində yer alandan sonra rəsmi İrəvan o qədər ciddi təşvişə düşdü ki, dərhal hiyləgər planları işə saldı. Rusiyanın Suriyadakı hərbi bazasından 4 SU 30 qırıcılarını Ermənistana gətirdilər, Avropa İttifaqı və NATO nümayəndələrini dəvət etdilər ki, baxın, SU-lar yerindədir! Amma Türkiyə mediası döyüş təyyarələrinin uçuş korrdinatları barədə yerli-yataqlı, fotolu-videolu materialları yayımlayandan sonrakı bir sutka ərzində “erməni gölünə daş atılıb”, heç bir reaksiya yoxdur. Rəsmən ölüblər!
Ukrayna mediası da məlumatı tirajladıqdan sonra Ermənistan vətəndaşlarının bu ölkəyə girişinin qadağan edildiyi barədə xəbər yayıldı. Təsəvvür edin, Ermənistan pasportu daşıyan heç kimin Ukraynaya daxil olmasına icazə verilmir, hətta Macarıstandan bu ölkəyə qatarla daxil olmaq istəyənlərin “burnundan vurulub”, geri qaytarılıb. Ukrayna hakimiyyəti əmindir ki, Ermənistandan oraya xoş niyyətlə kimsə gəlmir.
Ermənistan vətəndaşlarının sərhəddən geri qaytarılmasına şahid olan mənbəmizin dediyinə görə, Azərbaycan adını eşidən kimi, ukraynalılar qapıları taybatay açırlar, bilirlər ki, bizdən onlara zərər gəlməz! Dövlətimizin, dövlət başçımızın mövqeyi ortada, vətəndaşlarımız sidq-ürəkdən Ukrayna xalqının yanında, Ukraynadakı azərbaycanlılar da kimi silahı, kimi bütün imkanları ilə ölkəni işğaldan xilas etməyə çalışır. Məlumata görə, Ukraynada 14 min azərbaycanlı döyüşür,Ukrayna vətəndaşı olan soydaşlarımız!
Ermənistandan isə ən son məlumata görə, 200 nəfər Ukraynaya qarşı döyüşmək üçün Rusiyanın İrəvandakı səfirliyinin qarşısına toplaşmışdı. Ondan sonra nə baş verdi, açıqlanmadı. Amma əgər SU-lar göndərilibsə, deməli, “unitac ardınca” Ukraynaya gedənlər də az olmayıb. Onları Qarabağda görçüşük axı, talamaqda ad çıxarıblar.
Təkcə Ermənistan erməniləri də deyil. Aprelin 2-də Ermənistan mediası xəbər yaydı ki, Rusiya Erməniləri İttifaqı Donesk və Luqansk separatçılarına “humanitar yardım” göstərir. Özü də bu proses Krım işğal olunandan başlayıbmış. Bildirilir ki, təkcə aprel ayında 30 min ailəyə yardım göndəriləcək, ümumilikdə 500 ton yardım!
Mart ayında Qarabağdakı erməni separatçıları da Ukrayna separatçılarına 14 ton yardım yollamışdı, Rusiya hərbçilərinin köməyi ilə. Bunlar özləri qara gündədirlər, amma özlərinə tay olanlara yardım göndərirlər. Sülhməramlılar Qarabağda yerləşdiriləndən bəri burdakı ermənilərə gah su, gah odun, gah da daha nələr daşıyır, onları xilas üçün çalışır. İndi erməni separatçılar boğazından kəsin Doneskə yollayır, onların “müstəqilliyindən” ilhamlanır, Rusiyaya müraciətlə “bizi də tanı” deyirlər. Xilas yolu kimi bunu seçiblər. Amma anlamırlar ki, bu gün bütün dünya postsovet məkanındakı Rusiyanın əl işi olan separatizmin kökünü kəsmək üçün çalışır. Belə olan təqdirdə Ermənistanın Rusiyanın işğalçı siyasətinə, Xankəndidəki terrorçularınsa Donesk və Luqansk separatçılarına dəstək verməsi sözsüz ki, beynəlxalq diqqətdən kənarda qala bilməz. Necə ki, artıq ABŞ Konqresi 2023-cü ildə Ermənistana ayrılacaq maliyyəni azaldacağını, Qarabağdakı separatçılara isə on illərlə “humanitar” adı altında göndərilən malkiyyəni birdəfəlik kəsəcəyini bəyan edib! Qarabağ separatçısı Babayan iki gün öncə açıq şəkildə bildirdi ki, Rusiya sülhməramlıları Qarabağdan çıxsa, onların beli qırılacaq, “artsax” gorbagor olacaq. Eyni zamanda Ermənistanın özünü “qərbyönümlü”göstərməyə çalışan hakimiyyəti də KTMT-yə rəhbərlik statusunda Rusiyanın yanında yer almağa çalışır, gizli yolla. Düşmənçilik necə olar? Ermənistan qırıcılar yollayıb ki, ABŞ və Avropanın xilas etməyə çalışdığı Ukraynaya zərbələr endirsin, Amerika, Avropa silahlarını, texnikasını sıradan çıxartsın, Rusiyanın bayrağının asılmasına dəstək versin. Bunu Türkiyə mətbuatı bilirsə, demək Qərbin kəşfiyyat orqanları daha dəqiq məlumatlara malikdir. İrəvandakı ABŞ səfirliyində ABŞ laboratoriyasının olduğunu, burada 2 min nəfərlik “diplomatik heyət”in yerləşdiyini elə Rusiya özü açıqlamışdı. Onların gözündən qaça bilərmi Ermənistanın SU-ları, hətta göyün yeddinci qatında gizlənsələr, yerin deşiyinə girsələr belə?
Azərbaycan üçün unikal imkanlar açılıb, Ermənistan xarici havadarlarının dəstəyindən məhrum olmaqdadır, Ukraynanın işğalı prosesinə dəstək verməsilə. Təsəvvür edin, hətta “Ermənistan bizim kimik bacımızdır”, deyən Makron da susub. Nə desin, Avropa rus qazından imtina edir, vətəndaşlarını soyuqda yaşadır, Ukrayna xilas olsun deyə, Ermənistansa işğala dəstək verir. Yəqin Makron da artıq “kiçik bacı”nın pis yola düşdüyünü etiraf edir...
Yeri gəlmişkən, bir müddət öncə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifioğlunun müəllifi olduğu “Dərin təhlil” verilişində deputat Aqil Abbas Ermənistanı qızışdıran dairələrdən danışarkən Makrondan da bəhs etmişdi. “Deyir Ermənistan bizim bacımızdır-filandır. Bacını...”, sözləri xeyli müzakirələrə səbəb olmuşdu. Budur, Makronun “kiçik bacısı” xəyanətinə görə dillər əzbəridir, hətta bir əsrdir onu müdafiə edənlər də çətin duruma düşüblər.
Görək Qarabağla bağlı oyunbazlıqlarından əl çəkəcəklərmi, bundan sonra?..
Avropa İttifaqının Ermənistana 2,6 milyard avroluq dəstək planı qüvvəsində qalırmı? Qarabağın işğalı dönəmində erməniləri çox dəstəklədilər, indi heç olmasa Ukraynadan ayıbdır...
Elşad Paşasoy/musavat.com