Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

2-ci yazı. İcbari Tibbi Sığortadan faydalanmaq istəyənlər üçün limit varmı? Konkret olaraq 1 il 3 ayda kimlər bu imkanlardan faydalınıb?


Jurnalist Zahir Əmənovun Masallı Mərkəzi Xəstəxanasınn Baş Həkimi Eşqin Əliyevdən aldığı müsahibənin 2-ci hissəsini təqdim edirik.

(Yazinin 1-ci hissəsinin linki burada https://cenub.az/12718-nec-edk-ki-masallida-cbari-tibbi-sortadan-ham-rahat-faydalansn.html )

-Tibbi Sığortadan kimlər və neçə dəfə faydalana bilər?

Baş həkim:  Mövcud qanunlara görə Azərbaycan vətəndaşı və ailə üzvləri il ərzindən real xəstəlikləri varsa, tibb sığortadan bir neçə dəfə faydalana bilər.

-Tibb Sığortadan faydalanmaq üçün limit varmı?

Baş həkim- Xeyir. Heç bir limit yoxdur. Paketə daxil olan xəstəliklərə görə vətəndaş 50 manatlıq da müalicə ala bilər, 10 min manatlıq da.

- Qarabağ Qaziləri, şəhid ailələri üçün əlavə güzəştlər varmı?

Baş həkim - Hazırkı qanunlar çərçivəsində uşaq da, böyük də, pensiyaçı da, əlil də İcbari Sığortadan eyni imkanlar çərçivəsində faydalana bilər. Bütün bunlarla yanaşı şəhid ailələri və qazilər üçün ayrıca şəxs ayırmışıq ki,  ilk vaxtlar növbəlilik yaranarsa, onlar heç bir növbə gözləmədən rahatlıqla və növbəsiz müayinə və müalicə oluna bilsin, yaxud müalicə üçün paytaxta göndərilsin. Həmin şəxslərxəstəxanada  ümumi şöbəyə,   Amil Fərəcova müraciət edə bilərlər. Tel.  050 613 41 04

Onu da xatırladım ki, hazırda biz 10 Qazini və şəhid ailəsini işlə təmin etmişik.

-Konkret nümunələr göstərə bilərsinizmi ki, Masallıda neçə nəfər 1 il 3 ayda İcbari Tibb Sığortadan faydalana bilib?

Baş həkim -Təkcə bir ildə,  son aylarda  bizim xəttimizlə  80 nəfərdən yuxarı şəxs koranar, koronar- angioplastika (stend) və açıq ürək əməliyyatı olunub ki, bu əməliyyatların da qiyməti  hər bir xəstə üçün 2 min manatla 10  min manat arasıdır. 

Belə bir məlumat da var ki, təkcə son aylar 1800 nəfərin sənədləri əllilik dərəcəsi almaq üçün mərkəzə göndərilib. Həmin çəxslərdən neçəsinin sənədi təsdiq olunub?

Baş həkim—Bəlli olduğu kimi bu sahədə aylarla yığılıb qalmış problemlər var. Biz Yardımlı rayonu da daxil olmaqla son 4 ay üçün 1700 nəfərin sənədi gedib. Bunlar yığılmış, yüklənmiş sənədlərdir. Hazırda həkim-məsləhət komissiyası fəaliyyətdədir və heç bir narazılıq yoxdurş

Bir daha xatırladırıq ki, rayonda 5 Ailə Sağlamlıq  Mərkəzi yaradılıb.

Bunlar aşağıdakılardır  

1. Mərkəzi Xəstəxanada ASM
2.  Ərkivan Qəsəbəsi ASM
3. Viləş kəndi ASM
4. Hişgədərə kəndi ASM
5. Boradigah Xəstəxanası nəzdində ASM

Xəbər verdiyimiz kimi, bu sağlamlıq mərkəzləri , bazar günləri istisna olmaqla hər gün səhər 9-dan, 15-30-a  kimi işləyir. Bəs digər vaxtlarda xəstələnənlər hara müraciət etməlidir?

Baş həkim-Digər vaxtlarda xəstələr bizim hazırda xeyli  təkmilləşmiş Təcili Yardım xidmətindən istifadə edə bilərlər.

Bu şöbənin tərkibinə Mərkəzi Təcili yardım, Boradigah təcili yardım i və Viləş təcili yardım bölmələri daxildir.  
Bu bölmələr 24 saat ərzində fəaliyyət göstərir. İndi Mahmudavarda Təcili yardım lazımsa, o mərkəzə yox, Boradigah qəsəbəsindəki Təcili Yardım bölməsindən də faydalana bilər.

Bütün deyilənlərlə yanaşı, ötən yazıda qeyd etdiyim kimi, mərkəzi xəstəxanada imkan yoxdursa, konkret olaraq dövlət xəstəxanasında MRT aparatı yoxdursa,
Özəl Masallı Bioloji Təbabət klinikasında bu imkandan pulsuz istifadə etmək mümkün olacaq.

Bir də xatırladırıq ki, Azərbaycanın bütün vətəndaşlar,  A-dan Z-yədək sığortalanıb.

Siz icbari Tibbi Sığortanın imkanlarında faydalanıb, nəinki rayondakı xəstəxanaların, eləcə də paytaxtda dövlət və özəl fəaliyyət göstərən Mərkəzi Klinik Xəstəxananın, Respublika Diaqnostika Mərkəzinin, Mərkəzi Neftçilər Xəstəxanasının, EGE hospitalının  və sair şəfa ocaqlarının imkanlarından faydalan biləcəksiniz.

Masalli Mərkəzi Xəstəxanasının Baş Həkimi Eşqin Əliyevlə söhbət zamanı bildirdi ki, hər şey yenidir.  Çalşırıq  ki, daha çox öyrənək, həm də insanları daha çox maarifləndirək. Kadr sahəsində ciddi çətinliklər var. Sirr deyilk ki, həm mərkəzi xəstəxanada, həm yerlərdə onlarla peşəkar həkimə, orta tibb işçisinə ehtiyac var. İmkan daxilində  paytaxdan peşəkar, uzman həkimləri xəstəxanamız dəvət edirik. Bu günlərdə həkim travmatoloq- ortoped -rezidentura təhsili almış Azad Rəsulov artıq fəaliyyət göstərir.

Daha 3 nəfər həkim – biri cərrah, bir uroloq, bir ginekoloq hazırda uzmanlıq fəaliyyətini bitirib rayona gəlmək üzrədir.

Nə ediriksə, aşkarlıq şəraitində edirik. Hər şey girişdən başlayır. Biz də olduqca möhtəşəm giriş qapısı hazırlamışıq. Bu, bəzilərinin elə xoşuna gəlib ki, hətta gənclər qarşısında selfi çəkdirir. Kadr korpusu hələ tam formalaşmayıb. Bu işlə TƏBİB-in insan resursları şöbəsi məşğuldur.

Yaralı yerlərimizdən biri də şəkərli diabet xəstələrinin dərman və iynələrlə problemsiz təminatıdır. Əvvəllər belə dərmanlar 1-2 məntəqədən verilirdisə, hazırda Masallı Mərkəzi, Boradigah qəsəbəsi, Viləş kəndi ilə yanaşı Ərkivan ASM-lərdə də belə dərman və iynələri almaq olar.

İşimizi tam şəffaflıq şəraitində qururuq. Hansı yeniliklər olcaqsa, çalışacağıq ki, sizin sayt və tv kanalınızla əməkdaşlıq edək ki, əhalini daha çox məlumatlandıraq.

İnanırıq ki, siz də maraqlı və dəyərli təkliflərinizlə bizə yardımçı olacaqsınız.

Redaksiyadan: Təbii ki, hələ də açıq qalan suallar var. Belə ki, dərman təminatı necə olacaq, pulsuz olduğunu bilib xəstəxanalara daha böyük axın olub, hədsiz növbələr yaranmayacaq ki? Digər süni istifadə hallarına yol veriməyəcək ki?

Bu işlərdə hamımızın fəal olması olduqca vacibdir. 

Hazırladı: Zahir Əmənov. cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10