Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Necə edək ki, Masallida İcbari Tibbi Sığortadan hamı rahat faydalansın?


1-ci hissə

Jurnalist Zahir Əmənovun suallarını  Masallı Mərkəzi Xəstəxanasının Baş həkimi Eşqin Əliyev cavablandırır.

-Tibbi Sığortadan kimlər və neçə dəfə faydalana bilər?

-Tibb Sığortadan faydalanmaq üçün limit varmı?

- Düçar olduğunuz xəstəliyin əlacı yaşadığınız ərazidəki şəfa ocaqlarında mümkün deyilsə, nə etməlisən?

- Bir rayonun xəstəsi başqa rayonda müalicə oluna bilərmi?

- İcbari Tibbi Sığortadan  Özəl xəstəxanalarda faydalanmaq olarmı? 

- Hansı xəstəliklər İcbari Sığorta paketinə  daxil deyil?

- İcbari Tibb Sığortadan xaricdə faydalanmaq olarmı?

- Qarabağ Qaziləri, şəhid ailələri üçün əlavə güzəştlər varmı?

- İcbari Tibbi Sığortanın “Yol xəritəsi” haradan başlayıb, harada qurtarır?

Dünən Masallı Mərkəzi Xəstəxanası və İcbari Tibbi Sığortası ilə bağlı paylaşdığımız yazıda MMX-nın rəhbəri ilə  əlaqə qura bilmədiyimizdən bəzi qeyri-dəqiqliklərə yol verilmişdir. 

01 aprel 2022-ci ildə yeni Baş Həkim Eşqin Əliyevlə görüş baş tutdu və o, bizi maraqlandıran bütün sualları cavablandırdı.

Eşqin Əliyev:

-Öncə ölkəmizin həyatında mühüm hadisə olan İcbari Tibbi Sığorta ilə bağlı çoxları üçün maraqlı olan sualları cavablandırmağa imkan yaratdığınız üçün sizə təşəkkür edirik.

Xatırladım ki, bu gün xəstəxanamızdakı sonuncu koronovirus xəstəsi müalicəsi bitdiyi üçün xəstəxanamızı tərk etdi. Xəstəxana binası və ətraf dezinfeksiya olundu.  Xəstəxananın koronadan sonra açılışı gün məsələsidir.  Yəqin ki, bu məsələ yaxın günlərdə  reallaşacaq. Hələlik isə, Doğuş Şöbəsi Boradigahdan Mərkəzi Xəstəxanaya köçürülüb, digər şöbələrin də köçməsi yaxın günlərdə həll olunacaq. Ambulator xidmət də tam fəaliyyətdədir.

- Xatırladaq ki, Masallı Mərkəzi Xəstəxanası 24 fevral 2021-ci ildən koronaya görə bağlanıb, ixtisaslaşmış regional covid-19 xəstəxanasına çevrilmişdi.

-İndi isə keçək sizi, eləcə də hamını maraqlandıran suallara. 

Öncə sonuncu sualdan başlamaq istəyirəm.

İcbari Tibbi Sığortanın “Yol xəritəsi” haradan başlayıb, harada qurtarır? 

Yəni, qısaca desək, siz pulsuz müayinə və müalicə olunmaq üçün nə etməli və nədən başlamalısınız?

Rayonda 5 Ailə Sağlamlıq  Mərkəzi yaradılıb.

Bunlar aşağıdakılardır

1. Mərkəzi Xəstəxanada ASM

2.  Ərkivan Qəsəbəsi ASM

3. Viləş kəndi ASM

4. Hişgədərə kəndi ASM

5. Boradigah Xəstəxanası nəzdində ASM

Deməli, sizin hər hansı xəstəliklə müalicəyə ehtiyacınız varsa, öncə bu Ailə Sağlamlıq Mərkəzinə müraciət etməlisiniz.

Xatırladaq ki, siz Masallının hansı ərazisində yaşamağınızdan asılı olmayaraq, bu mərkəzlərdən birinə müraciət edə bilərsiniz.

Həmin mərkəzlərdə bazar günü istisna olmaqla, hər gün səhər saat 9-dan, saat 15-dək (saat 13-14 arası fasilədir) sahə terapevti, pediatrı və ginekoloq fəaliyyət göstərir.

Belə mərkəzlərə -ASM-lərə edərkən şəxsiyyət vəsiqənizi götürmək vacibdir. Həmçinin şəxsiyyət vəsiqəsi aktiv olmalıdır, yəni müddəti keçməməlidir. Əks təqdirdə sistem onu qəbul etməyəcək. 

Bu mərhələ zamanı xəstə üçün anket açılır, xəstə sistemə qeydiyyata alınır, barkodlaşdırılır.

Növbəti mərhələdə o sahə həkiminə yönləndirilir. Xəstənin yaşadığı ərazidə müalicəsi mümkünsə, o icbari tibb sığorta hesabına müalicə olunur və evinə göndərilir.

Yox, ərazidə müalicəsi mümkün deyilsə, həmin şəxs rayon mərkəzi xəstəxanasını göndərilir, buradakı poliklinikada müayinədən keçir, xəstəliyinə uyğun həkimin qəbuluna yönləndirilir. Lazım bilinərsə, xəstəxanada, palata şəraitində müalicə olunur.

Bir daha xatırladırıq ki, bütün bu proseslər tam pulsuzdur və bu işlər üçün heç bir vəsait ödənilmir.

- Düçar olduğunuz xəstəliyin əlacı yaşadığınız rayondakı  şəfa ocaqlarında mümkün deyilsə, orada bu sahə üzrə ixtisaslı həkim yoxdursa, nə etməlisən?

- Belə halda, Bakı şəhərindəki, eləcə də qonşu rayonlardakı xəstəxanalara yönəldilə bilər. 

İcbari Tibbi Sığortadan  Özəl xəstəxanada faydalanmaq olarmı? 

Bəli, Azərbaycan vətəndaşının İcbari Tibbi Sığortası nəinki, ölkənin bütün dövlət xəstəxanalarında, eləcə də TƏBİB-lə  müqaviləsi olan digər xəstəxanalarda da mümkündür. Məsələn, Masallıda dövlət xəstəxanaları ilə yanaşı, Masallı Bioloji Təbabət Klinikasında da pulsuz müalicə olunmaq mümkündür.

- İcbari Tibb Sığortadan xaricdə faydalanmaq olarmı?

- Bu məsələ hazırda müzakirə mərhələsindədir. Yəqin ki, yaxın vaxtlarda həllini tapacaq. Öncə Türkiyədə, sonralar isə digər ölkələrdə də pulsuz müalicə almaq mümkün olacaq.

- Hansı xəstəliklər İcbari Sığorta paketinə  daxil deyil?

- Hazırda pulsuz müalicə paketinə, yəni İcbari Tibbi Sığorta paketinə 2500-dən artıq xəstəlik daxildir. Yaxın vaxtlarda bu paketin daha da genişlənəcəyi, məsələn, dializ xəstələrinin də bu imkandan faydalanacağı gözlənilir. Amma  stomotoloji xəstəliklər, kosmetik əməliyyatlar, eləcə də süni mayalanma və digər xəstəliklər bura daxil deyildir.

(1-ci hissənin sonu)

Ardı var.

Hazırladı: Zahir Əmənov. cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10