Cenub.az bildirir ki, Rəhim Rəhimli Masallı rayonunun Boradigah qəsəbəsində anadan olmuş, ata-anası da bu qəsəbənin sakinidir, onun uşaqlıq illəri də burada keçmiş, sonralar ailə Bakıya köçmüş, Bakıdakı Zərifə Əliyeva adına xüsusi məktəb təhsil almışdır. Onu da xatırladaq ki, Rəhim Rəhimlinin adını daşıdığı babası Rəhim müəllim və ailəsi Boradigah qəsəbəsində riyaziyyatçılar ailəsi kimi tanınır. Rəhim müəllimin Rauf adlı oğlu fəslsəfə doktorudur.
Bakı Ali Neft Məktəbinin (BANM) məzunu, nəslin layiqli davamçısı Rəhim Rəhimli dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış transmilli şirkəti “Google”da işə qəbul olunub.
BANM-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, o, 2013-cü ildə 680 balla BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil olub. Prezident təqaüdçüsü olub. Rəhim Rəhimli Ali Məktəbi 2018-ci ildə Fərqlənmə diplomu ilə və ixtisas birincisi olaraq bitirib.
Qeyd edək ki, “Google” dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış ABŞ-də yerləşən transmilli şirkətdir. “Google” internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı, onları inkişaf etdirir. Gəlirinin böyük hissəsini “AdWords” proqramı ilə reklamlardan əldə edir. Şirkətin yaradılmasında məqsəd dünyadakı məlumatları təşkilatlandırmaq və əlçatan etmək olub.
Rəhim bəyi bu uğuru münasibəti ilə təbrik edir və arzulayırıq ki, sorağı daha uca zirvələrdən gəlsin.
Cənub.az üçün hazırladı: Faiq Hüseynzadə