Həmyerlimiz Nicat Nəzərlinin növbəti yazınızı təqdim edirik:
Günümüzdə İnternet digər vacib kommunal xidmətlər qədər zəruri hala çevrilib. Gündəlik həyatımızda əyləncə, sosial media və ünsiyyət vasitəsi olan internet ehtiyacımızı təmin etmək üçün bizə dayanıqlı İnternet Provayder lazımdır.
Bəs Provayder seçərkən diqqət etməli olduğumuz məqamlar hansılardır?
Gəlin ilk olaraq mənzilimizi nəzərdən keçirək. Evimizin ölçüləri, divarların qalınlığı, müntəzəm olaraq istifadə etdiyimiz otaqlarda internet paylayıcı qurğulara və istifadə etdiyimiz cihazlara uyğundurmu? Bu, əsas məqamlardan biridir. Provayder sizə keyfiyyətli internet təqdim edə bilər, lakin cihazlarda texniki nasazlıq olarsa, təqdim edilən sürəti əldə edə bilməyəcəksiniz.
İlk olaraq aşağıdakı seçimləri etməlisiniz:
-Yaşadığınız ərazidə xidmət göstərən neçə provayder var?
-İstədiyiniz xidmətlər paketi hansı provayderdə var? (internet,Tv,Telefon)
Siyahıda qalan provayderlər arasında öz büdcənizə uyğun olanı seçə bilərsiniz.
Xidmətlərin bir yerdən alınması üstünlükdür
Paket şəkilində aldığınız xıdmətlərin içərisində Televiziya kanalları da var. Bu xidməti sizə fərqli texnologiya ilə təqdim edirlər. Müasir texnologiyada İPTV və Rəqəmsal yayımlar movcuddur. İPTV paketində daha çox kanal sayı olsa da evinizdəki movcud kabel şəbəkəsi yoxdursa, o zaman bu xidmətin əldə edilməsi işinizi çətinləşdirir. Yəni Televizor istifadə etdiyiniz otaqlara əvvəlcədən internet şəbəkəsi üçün kabel çəkilibsə bu cür qoşulma məqsədəuyğundur. Xidmətlərin bir yerdən alınması gələcəkdə texniki xidmətlərin göstərilməsi və aylıq abunəlik haqqının ödənilməsi üçün üstünlükdür.
Yüksək sürətə aldanmayın!
Ehtiyacınız olan və keyfiyyətli internet paketini seçin. Rəqabət üçün provayderlərin bəziləri eyni qiymətə daha sürətli internet təqdim etdiklərini bəyan edirlər. Bir çox hallarda bu, yalnız sizi ovsunlamaq üçündür.
Xidməti əldə etdiyiniz şirkət evinizdəki 1-ci qurğudan əvvəl internetin sürətini öz komputerində sizə ölçüb təhvil verməlidir. Sürətin dayanıqlı olmasından əmin olmaq üçün pik saatlarda eyni qayda ilə bir neçə gün özünüz də ölçün. Təqdim edilən internet sürətinin müqavilənizdə göstərilməsinə əmin olun.
Modemi söndür, yandır, düzələcək
Ən vacib olan məqamlardan biri müştəri xidmətidir. Bir çoxlarınıza operatorların "Modemi söndür, yandır, düzələcək" sözləri ilə tanışdır. İstənilən halda bu problem bir neçə dəfə təkrar edilərsə, operator həmin müştərini qeydiyyata almalı, qısa müddətdə nasazlığın müəyyən edilməsi üçün texnik göndərməlidir. Bu problem adətən mənzilin daxilindəki qurğularla əlaqədardır. Siz Operatora abunə kodunuzu təqdim etdikdə evinizə gedən trafik axını mərkəzi sistemdə müşahidə edilir. Həmçinin provayderlərin baş verən nasazlıqların monitoringini aparmaq imkanları da var.
Təhlükəsizlik!
İnternet həyatımızda nə qədər zərurdirsə, bir o qədərdə təhlükəli ola bilər. Evimizdəki təhlükəsizlik sistemlərini və evin avtomatlaşdırılmasını idarə etmək üçün internet şəbəkəsinə çıxarırıq. Bu mənada Provayderlərin şəbəkəsinin təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir. Provayder ilə müştəri arasındakı məlumatlar şifrələnməni dəstəkləyən qurğular olmalıdır. Son zamanlar kibercinayətkarlığın artdığını nəzərə alaraq Provayderlərin şəbəkələrinin təhlükəsizliyinə dövlət nəzarətinin olması vacibdir.