Lerik rayonunun Ləmərud kəndində torpaq sürüşməsi baş verib. Sakinlərə xeyli ziyan dəyib. Lerik rayon İcra Hakimiyyəti başcısının müavini Habil Məlikovun verdiyi məlumata görə, bir yaşayış evi torpaq altında qalıb:
“Son vaxtlar vasiləsiz yağan yağışlar torpaq sürüşməsinə səbəb olub. Bir ev dağlıb, torpaq altında qalıb. Tələfat yoxdur.”
Ləmərud Lerik rayonun 150 kəndindən biridir. Kəndin 200 nəfərdən çox əhalisi var.