
Hadisə rayonun Qarğalıq kəndi ərazisində baş verib.
Masallının Seybətin ərazisindəki kərpic zavodundan işçilərini evə aparan mikroavtobus "VAZ" markalı avtomobillə toqquşub.
Mikroavtobusda olan Qədirli kənd sakinləri, 1971-ci il təvəllüdlü Salayeva İlhamə Malik qızı, 1977-ci il təvəllüdlü Camalova Südabə Frut qızı və 1980-ci il təvəllüdlü İslamova Günel Beytulla qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.