Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Bu 5 nəfərdən ən azı bir neçəsi Putinin əmrinə əməl etməyəcək..."-"Bellingcat"


"Bellingcat" beynəlxalq təhqiqat mərkəzini araşdırmaçı jurnalisti Xristo Qrozev bir daha bildirib ki, Rusiya Federasiyası Ukraynaya qarşı nüvə silahından istifadə imkanını nəzərdən keçirir. Bunu Putinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.


Qrozev bu barədə "Ukrayna 24"-ün efirində danışıb.
 
Onun sözlərinə görə, qəfil itən Rusiyanın müdafiə naziri Sergey Şoyqu hazırda Ufa yaxınlığındakı gizli bunkerdə gizlənir. Bunu avia-uçuşlar haqda məlumatlar da sübut edir.
 
Jurnalist iddia edir ki, Rusiya Federasiyası faktiki olaraq nüvə ssenarisini nəzərdən keçirərsə, hərbi və siyasi rəhbərliyi əvvəlcədən bunkerlərdə gizlədəcək.
 
Qrozevin sözlərinə görə, Putin özü Uraldan kənarda yerləşən başqa bir bunkerdə gizlənir. Jurnalist Rusiyanın Ukraynaya nüvə zərbəsi endirmə ehtimalı ilə bağlı aydınlaşdırıcı suala belə cavab verib:

"Bilirsiniz, cavab vermək çətindir. Biz Rusiya xüsusi xidmət orqanlarının adamları ilə çox danışdıq. Hələ müharibə başlamamışdan əvvəl dekabr-yanvar aylarında bizə xəbərdarlıq edənlər bildirmişdilər ki, çox güman, Putinin özü də bunu həqiqətən istəyir.  O, öz yaxın ətrafına nüvə müharibəsinə getməyə hazır olmasıyla öyünüb... Həmin adamlar indi Kiyevin ələ keçirilməsinin baş tutmasından sonra Putinin belə bir əmr verə biləcəyini söyləyirlər. Lakin o, yalnız şərti qırmızı düymə ilə nüvə silahından istifadə edə bilməz. Bu qırmızı düymə mövcuddur. Lakin nüvə başlığı olan raket havaya qalxana qədər bütün bu əmrləri sıra ilə yerinə yetirməli olan beş adam var. Mənbələrimiz əmindir ki,  bu beş nəfərdən ən azı bir neçəsi Putinin nüvə raketini buraxmaq haqda əmrinə əməl etməyəcək. Putin  belə bir riskin olduğunu başa düşür. Ona görə də o çətin ki,  bu əmri versin..."-deyə məşhur araşdırmaçı vurğulayıb.
 
Sultan Laçın/moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10