Bu günlərdə bir neçə il öncə “İlin müəllimi” adına layiq görülmüş, Qabaqcıl Təhsil işçisi Ceyran Həsənova qardaşı oğlu, Bolqarıstanda keçirilən Avropa Çempionatında rəqibinə 10:0 hesabı ilə qalib gələrək yarışmanın ən yüksək mükafatına layiq görülən, Avropa Çempionu adını qazanan Xasay Həsənliyə öz doğma rayonunda açıq-aşkar biganəliyi əks etdirən status paylaşmışdı.
Statusda qeyd olunurdu ki, ölkə rəhbərliyi idmanın inkişafına ciddi diqqət yetirir. Azərbaycanı xarici ölkələrdə şərəflə təmsil edən, bayrağımızı ucalara qaldıran, himnimizi səsləndirən idmançıları Prezident İlham Əliyev yüksək səviyyədə qəbul edir, onlara hədiyyələr verir, görüşür, birgə şəkillər çəkdirir və s. Bəzi rayon rəhbərləri də bu sahədə müəyyən işlər görürlər. Heyf ki, Lənkəran rayonunda bu diqqət hiss olunmur.
Bu yaxınlarda Lənkəran rayonun yetirmələri - Xasay Həsənli və Ürfan Həsənli qardaşları Azərbaycan çempionu oldular. Xasay Həsənli Bakıda keçirilən Avropa oyunlarının qızıl medalını qazandı. Dəfələrlə Lənkəran İcra Hakimiyyəti işçilərinə müraciət olundu, gah dedilər, bu gün qəbul günü deyil, gah dedilər, Taleh müəllim rayonda deyil, gah dedilər, bu gün Taleh müəllim hansısa rayondan gələn qonaqlarla görüşür, gah… nə bilim, daha nələr.
Daha sonra Xasay Həsənli Avropa çempionu oldu, bayrağımızı Avropada qaldırdı, onun şərəfinə himnimiz Avropada səsləndirildi. Prezidentimiz bütün çempionlar kimi onu da qəbul etdi, görüşdü, birgə şəkil çəkdirdi.
İndi sual doğur –Lənkəranın icra başçı Taleh Qaraşovun işi Azərbaycan Prezidentinin işindən çoxdurmu?!
Yoxsa, o özünü Prezidentdən daha "böyük" vəzifəli sanır?!
Bəlkə, çempionlarla görüşməyi özünə layiq bilmir?!
Bəlkə, hansısa çempionla görüşüblər, amma Həsənli qardaşları ilə yox.
Əgər belədirsə, bu, daha pis.
Eləcə də ölkənin İdman və Gənclər naziri də öz növbəsində çempionlarla bir-bir görüşdü, ayrıca şəkil çəkdirdi, problemləri ilə maraqlandı.
Bəs Lənkəran rayonunda idmana rəhbərlik edənlər necə?
Redaksiyadan: Bu haqlı gileyə reaksiya özünü çox gözlətməyib. Status paylaşandan sonra Lənkəran İHB-nin Hümanitar məsələlər üzrə müavini Rəisə Əliyeva Ceyran xanımla əlaqə saxlayıb və bildirib ki, müəyyən səbəblərdən bu iş yubansa da, aprel ayının əvvəlində Xasay Həsənli ilə Lənkəran şəhərində onun qazandığı uğura layiq görüş keçiriləcək, Xasay Həsənliyə lazımi diqqət göstəriləcək.
Onu da xatırladaq ki, Xasay Həsənli tanınmış şair Tofiq Həsənlinin qardaşı oğludur.
Hazırladı: Faiq Hüseynzadə
Cenub.az