Hakimiyyətdə olduğu 18 il ərzində Leonid Brejnev xarici ölkələrə rəsmi səfərləri ilə yanaşı, ölkə daxilində müttəfiq respublikalara da səfər üçün vaxt ayırıb və bu səfərlər sırf rəsmiyyətlə məhdudlaşmayıb, baş katib həm də maraqlı olaylara imza atıb. Brejnevin Gürcüstana səfəri də maraqlı hadisələrlə yadda qalıb. O, baş katib vəzifəsində olarkən üç dəfə Gürcüstanda olub - 1966, 1971, 1981-ci illərdə.
1966-cı il səfərinfə Brejnev hələ kürsüsündə tam möhkəmlənmədiyindən özünü daha çox rəsmi tərəfdən göstərib. 1981-ci ildə baş katibin səhhəti elə bir vəziyyətdə olub ki, o, atrıq kənardan idarə olunub. 1971-ci ildə isə Brejnev gürcülərin qarşısında bütün enerjisi ilə “parlayıb”.
Brejenvin Gürcüstana səfərinə respublika rəhbərliyi aylar öncə ciddi hazırlıq işlərinə başlayıb. Qarşılanma, rəsmi tədbir, konsert, ziyafət, baş katibin gəzəcəyi məkanlar və s. məsələlərlə bağlı ən kiçik detallar belə dəfələrlə götür-qoy edilib. Bütün bu işlərə isə birbaşa Gürcüstanın birinci katibi Vasili Mjavanadze nəzarət edib.
Nəhayət, zaman yetişib, 1971-ci ilin mayın 13-də ali qonaq Tbilisidə böyük təmtəraqla qarşılanıb. Səfər çərçivəsində baş katib sovet Gürcüstanının yaradılmasının 50 illik yubileyi münasibətilə respublikaya “Oktybr inqilabı” ordeni verib. Brejnev və respublika fəalları rəsmi tədbirdə çıxış ediblər. Daha sonra baş katiblə Mjavanadzenin iki saatlıq təkbətək görüşü keçirilib. Bu görüş haqqında geniş rəsmi açıqlanma verilməyib.
Brejnevin şərəfinə verilən konsert zamanı isə baş katiblə birinci katib arasında “fikir ayrılığı” yaranıb. Brejnevlə birgə Gürcüstana səfər edən Ukraynanın birinci katibi Pyotr Şelest konsert zalında 12-ci cərgədə baş katibin yanında əyləşib. Konsert zamanı o, Brejnevə səfərin birinci günü çox gözəl bir məkanda olduğunu söyləyib. Baş katib həmin məkanın adını, harada olmasını soruşanda Şelest həmin yeri tanımadığını bildirib. Brejnev bu məqamda digər tərəfində əyləşən Vasili Mjavanadzeyə qoluyala toxunaraq soruşub:
- Vasya, dünən Şelest harada olub?
- Leonid İliç, mən onlarla olmamışam, cavab verməyə çətinlik çəkirəm.
- Dəqiqləşdirin.
Mjavanadze yanında əyləşən Gürcüstan KP MK-nın katibi Şota Çunukvadzeyə üz tutub:
- Dünən harada olmusunuz?
- Şavnabad qəsəbəsində. Mən qonaqlara dünyanın ən gözəl təbiət mənzərəsini göstərirdim.
Bu sözləri eşidən Brejnev dərhal öz arzusunu bildirib:
- Ziyafət Şavnabadda olacaq.
Baş katibin şərəfinə verilən ziyafət yeri isə artıq hazır olub. 250 nəfər üçün süfrə hazırlanıb. Mjavanadze bu haqda Brejnevə bildirəndə, baş katib növbəti dəfə qətiyyətlə bildirib:
- Vasya, ziyafət Şavnabadda olacaq.
Şavnabadda 250 qonağı qarşılamaq üçün heç bir şərait olmadığından tez-tələsik 40 nəfər üçün masa hazırlanıb. Təamlar Tbilisidən Şavanabada daşınıb.
Yerdəyişmədən məmnun qalan Brejnev ziyafətdə çox şən və gümrah görünüb. Baş katiblə üzbəüz Gürcüstanın iki tanınmış qadın müğənnisi əyləşib. Brejnev onlarla süfrə arxasında tanış olub və adlarını soruşub. Nani Breqvadze özünü təqdim edib:
- Mənim adım Nanidir, yanımda əyləşən isə xalamqızı Tsisana Sakvarelidzedir.
- Yəni, bizim adlarla uyğunlaşdırsaq, Nonya və Anya.
Baş katib müğənnilərdən hansısa bir romansı ifa etməyi xahiş edəndə Nani həmin əsəri bilmədiyini söyləyib. Bu məqamda Brejenvin yanında əyləşən Mjavanadze həyəcanını gizlədə bilməyib:
- Leonid İliç, onlar bütün əsərləri bilirlər. İndi ifa edəcəklər.
Baş katibin arzusunu Tsisana Sakvarelidze yerinə yetirib.
Bir neçə saat davam edən məclisdə rəsmilər Brejnevə xoş gəlsin deyə Xruşovun fəliyyətini tənqid edən fikirlər söyləyəndə Brejnev onların sözünü yarımçıq qoyub:
- Buraxın bu Xruşov söhbətlərini. O, artıq aramızda yoxdur. Gəlin, manhı oxuyaq.
Brejenv incəsənət nümayəndələrinə qoşularaq onlarla birlikdə müharibə mövzulu manhılar da oxuyub.
Sonda isə o, əlini Naniyə uzadaraq zarafatyana evlilik təklifi edib:
- Bax, görürsən, mənim barmağımda üzük yoxdur. Bu, o deməkdir ki, mən subayam. Etiraz etməsən, sənə evlilik təklif edərdim.
Zarafatı səmimi qəbul edən Nani baş katibə elə zaraftla da cavab verib:
- Leonid İliç, sizin öz Nonyanınız var, mən isə Naniyəm.
Brejnev Gürcüstan səfərindən razı qayıdıb. Amma Moskvaya qayıtdıqdan sonra ona Mjavanadze ilə bağlı bir neçə qovluq təqdim edilib. Həmin qovluqdakı sənədlərdə birinci katib korrupsiyada ittiham olunub.
Gürcüstan səfərindən bir il sonra Brejnev Mjavanadzeni vəzifəsindən uzaqlaşdıraraq onu Şevardnadze ilə əvəzləyib.
İlham Cəmiloğlu, Musavat.com