Rusiya prezidenti Vladimir Putinin adı ümumbəşəri şərin sinonimi kimi tarixə düşəcək.
Bunu ukraynalı şair, Ukraynanın xalq artisti Yuri Rıbçinski “QORDON” internet nəşrinin baş redaktoru Alesya Batsmana müsahibəsində deyib.
"Hər bir insan kimi, Putin də gec-tez öləcək. Bəlkə də öldürüləcək. Onun aqibəti nə olacaq, bilmirəm. Amma onun həyatının sonuna çox az qaldığını düşünürəm. O gedəndən sonra adı sivil dünya tərəfindən lənətlənəcək və şərlə sinonim olacaq. Zamanında Hitler və Stalinin adı kimi... Putinin də adı şeytanın, ümumbəşəri şərin sinonimi olacaq. Onu tarixdə onilliklər, bəlkə də əsrlər boyu dəhşətli yer gözləyir" - deyə şair bildirib.
Y.Rıbçinskinin sözlərinə görə, Putinin gördüyü işlər onun psixi problemlərinin olduğunu göstərir.
"Düşünürəm ki, Putin xəstədir. Həm amerikalılar, həm də ingilislər bu barədə danışır. Onun gördüyü işlər psixi xəstəliyə dəlalət edir. Amma əgər Lukaşenkonun dəli olduğuna dair arayışı varsa, Putinin belə bir sənədi yoxdur. Bəşəriyyətin Putin üzərində məhkəməsi artıq başlayıb”, - Rıbçinski vurğulayıb./moderator.az
Sultan Laçın