Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bayden-Ərdoğan görüşü: “S-400“lərin Ukraynaya təhvil verilməsindən söz açılacaqmı?


Bu gün NATO-nun fövqəladə toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Cozef Bayden arasında görüş olacaq.

Liderlər NATO-nun Belçikanın paytaxtı Brüsseldə keçiriləcək fövqəladə sammiti çərçivəsində bir araya gələcəklər.

Bu görüşdə müzakirə oluna biləcək məsələlərdən biri Türkiyədə olan "S-400" hava hücumundan müdafiə sistemlərinin Ukraynaya təhvil verilməsidir.

Xatırladaq ki, bu təklif ABŞ rəsmilərindən gəlib. Rəsmi Ankara "yox" cavabı versə də, Ağ Ev təhvilin qarşılığında Türkiyəyə "F-16" təyyarələri və "Patriot" raketləri təklif edir.

Türkiyə prezidentinin rabitə üzrə direktoru Fahrettin Altun "S-400"lə bağlı təklifin yalnız ölkəsinin "F-35" proqramına qaytarılması və digər şərtlərin yerinə yetirildiyi halda müzakirə edilə biləcəyini bildirib.

Ankara özündən əvvəl "S-300"lərə sahib Yunanıstan və Yunan-Kiprinin raketləri niyə Ukraynaya vermədiyini də Vaşinqtonun nəzərinə çatdırır./yenisabah.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10