Rusiyada bir neçə gün öncə ucuzlaşan dollar bu gündən yenidən kəskin şəkildə bahalaşıb. Rusiya Mərkəzi Bankının tələbi ilə bir dollar 104 rubl müəyyənləşib. Lakin hazırda nə birjada, nə də banklarda və valyutadəyişmə məntəqələrində dollar satışı aparılır.
Buna görə də hazırda dolları yalnız qara bazarda almaq mümkündür. “Banki.ru” bu gün dolların qara bazarda 300 rubla qalxdığını yazıb.
Qeyd edək ki, bir neçə gün öncə qara bazarda dollar 200 rubla qədər geriləmişdi.