Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb. Bu barədə UNİAN xəbər verir.

Qeyd edilir ki, 25 nəfərlik qruplaşmanı FTX-nin agenti yaradıb. Onlar silahla və nəqliyyat vasitələri ilə təchiz edilib. Qrup üzvləri Ukrayna Prezidentinə sui-qəsd etməyi, Kiyevdə və Ukraynanın digər vilayətlərində təxribat törətməyi planlaşdırıb.

Silahlıları Rusiya qoşunlarının bölgüsü adı altında Kiyevə köçürmək və hökumət məhəlləsində cinayət əməlləri həyata keçirmək planlaşdırılırmış.

