Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Putinin Ukraynada atəşkəsin əldə edilməsi ilə bağlı 6 tələbi məlum oldu


Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Ukraynada atəşkəsə nail olmaq üçün bir sıra tələbləri qeyd edib.

Bnu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın “Hürriyet” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ərdoğan müharibənin bitməsinə kömək etmək üçün Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Türkiyədə görüş keçirməyi təklif edib. İ. Kalın əlavə edib kli, Putin dövlət başçıları səviyyəsində hər hansı danışıqlar baş tutmazdan əvvəl həll edilməli olduğunu söylədiyi tələblər irəli sürüb:

“Birincisi, Ukraynanın neytrallığı, yəni NATO-ya üzvlüyündən imtina etməsidir. İkincisi, Avstriya modeli kontekstində tərksilah və qarşılıqlı təhlükəsizlik təminatları. Üçüncüsü, Rusiya tərəfinin “denazifikasiya” adlandırdığı proses, yəni Ukraynada rus dilinin geniş istifadəsinə maneələrin aradan qaldırılması. Davam edən danışıqların ilk dörd maddəsi üzrə müəyyən irəliləyişin əldə edildiyi güman edilir. Tam razılıq və ya müqavilənin imzalanmaq üzrə olması barədə danışmaq hələ tezdir”, - Kalın bildirib.

O əlavə edib ki, Putin ən çətin məsələ olan daha iki tələb irəli sürüb - Kiyevin Krımın ilhaqını və iki qondarma “respulika”ları tanımasıdır. Kalın qeyd edib ki, bu son iki məsələ Ukrayna və beynəlxalq ictimaiyyət üçün qəbuledilməz tələblərdir:

“Əgər ilk dörd maddə ilə bağlı fikir və razılıq əldə olunarsa, o zaman beşinci və altıncı maddələr rəhbərlər səviyyəsində müzakirələr ola bilər. Danışıqlar aparılarsa, bu, razılaşma və müharibəyə son qoymaq üçün bir fürsət ola bilər”./Report







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10