Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda 2 müdirli uşaq bağçasının növbəti açılışı oldu


Novruz bayramı ərəfəsi, 19 martda  Masallı şəhər mərkəzində açılışı olan uşaq bağçasının qarşısında yağışdan yaranmış gölməçə isə tədbirə xüsusi rəng qatırdı.

230 minlik əhalisi, 1 şəhəri, 2 qəsəbəsi, 100 kəndi olan Masallı rayonunda məktəbəqədər yaşlı uşaqların bağçalara cəlb olunması sahəsində ölkə üzrə ən sonuncu yerlərdən birini tutur. Belə ki, Masallıda cəmi 17 dövlət uşaq bağçası (həmçinin 1 özəl) fəaliyyət göstərir ki, onların da 7-ci 2 qruplu, yəni 40 nəfər uşaq qəbul etmək gücündədir.

Mövcud mənzərəyə ötəri nəzər salaq

1. 7 ədəd 2 qruplu (cəmi 14 qrup ) - 280 nəfər (Ərkivan qəsəbəsi, şəhər 1 saylı, Xırmandalı, Viləş, Qızılağac, Sərçuvar, Gəyəçol kəndləri)

2. 3 ədəd 4 qruplu ( 12 qrup) 230 nəfər (Şəhər 2 saylı, Kolatan, Bədəlan kəndləri)

3. ədəd 6 qruplu ( cəmi 12 qrup) – 220 nəfər (Şəhər 2 və 4 saylı)

4. 5 ədəd 3 qruplu (15 qrup) – 300 nəfər (Bədəlan, Mahmudavar, Həsənli kəndləri)

Rayon üzrə cəmi 1030 uşağı əhatə edən 53 qruplu 17 Uşaq Bağçası. (Həmçinin 1 özəl uşaq bağçası)

Son 3 ildə Masallıda cəmi 2 uşaq bağçası tikilib. 1-i Səmidxan kəndində 100 yerlik uşaq bağçasıdır ki, hələ də ştat ala bilmirlər və 2 ildir ki, bu binaya uşaq ayağı dəymir, bağça işləmir.  2-cisi də Şəhər 1 saylı uşaq bağçasıdır. Bağça 100 yerlik olsa da, şəhər 1 saylı bağça da cəmi 2 qrupda maliyyələşdiyi üçün, 4 saylı uşaq bağçasının 5 qrupu (1), 110 şagirdi də burada məskunlaşıb.

İndi bu uşaq bağçasında 2 bağçanı idarə edən  2 müdir, 2 aşpaz, 2 təsərrüfat müdiri, 100 uşaq əvəzinə 150 uşaq məskunlaşıb.

Yaxın aylarda 4 saylı uşaq bağçasının yeni binaya köçəcəyi gözlənilir. Nəticədə yenə 100 yerlik 1 saylı uşaq bağçası 40 uşağın ümidinə qalacaq. Bu bağçanın rəsmi və qeyri rəsmi bir neçə dəfə açılışı olsa da, bir ildən artıq fəaliyyətdə olsa da, bu günlərdə yenə də açılışı olub.

Giriş lövhələri də tez-tez dəyişdirilir – gah Heydər Əliyev Fondu, gah Təhsil Nazirliyi, gah da bir iş adamının adı hallanır. Amma adın çox olmasına baxmayaraq, qış aylarında bu məkanın, uşaq bağçasının istilik təminatı həll edilmədiyi üçün bütün qışı buradakı 100-dən artıq körpə balalarımız “piletkaların” ümidinə qalmışdı.

Hazırda Ərkivan qəsəbəsində də 100 yerlik uşaq bağçası tikilir. Bu il may ayında istifadəyə veriləcəyi vəd olunsa da, hələlik burada heç 2-ci mərtəbədə işlər tamamlanmayıb. Hazırda 2 yerlik, 40 yerlik bu uşaq bağçasını üçün də yeni qruplar, ştatlar alına biləcəyi də sual altındadır. Ərkivanda inşa edilən uşaq bağçasında tikinti işlərin ilin sonuna kimi bitib-bitməyəcəyi heç kəsə bəlli deyil.

Adama sual verərlər ki, qrup ala bilmirsənsə, uşaq bağçasını niyə tikirsən? Hansı ki, öz mövcud potensialından tam istifadə etməyən mövcud bağçalar da az deyil.

Yəqin belə “dərdlərə” görədir ki, Masallıda hələ də bir çox rəsmilər “bağça” sözün, hələ də “baxça” kimi yazırlar.

Lap yadımdan çıxmışdı. Uşaq bağçanın açılışı günü orada yağışdan yaranmış gölməçə olduqca unudulmaz idi.

Necə deyərlər, “bu dərdlər öldürdü Leylanı”. Bayramqabağı olduğu üçün çox şeyi tərpətmirik.

Hazırladı : Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10