Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda kəndi su basdı, doqquz ailə təxliyə olundu - VİDEO (yeni şəkillər əlavə olunub)


Masallı rayonunun Təzə Alvadı kəndində Alvadı çayı daşıb, bütün kənd suyun altında qalıb.
 
Bu barədə Masallı Rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi Fəxrəddin Məmmədov məlumat verib.
 
Onun sözlərinə görə, hazırda kənd əhalisinin təhlükəli ərazidən təxliyəsi həyata keçirilir:
 
“Kənddən keçən Alvadı çayı daşıb, gecə saat 04:00-dan etibarən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə əhalini təxliyə edirik. Doqquz ailə təxliyə olunub, xilasedicilər növbəti üç ailənin ərazidən çıxarılması üçün işləyir.
 
Təzə Alvadı 10 min əhalisi olan böyük kənddir. Çay da kəndin içindən keçir və çayın hövzəsində nə qədər ev varsa, hamısına ziyan dəyib. Evlərin eləsi var ki, yarım metr, eləsi var bir metr suyun altında qalıb. İnsanları qayıqlarla evlərdən çıxarırlar”.
 
İcra nümayəndəsi bildirib ki, kəndə nə qədər ziyanın dəydiyi məlum deyil: “Hələ ki ziyanın həcmi barədə məlumatımız yoxdur. Komissiya olacaq, araşdırılıb kimə nə qədər ziyan dəydiyi müəyyənləşdiriləcək. Eşitdiyimizə görə, bir həyətdə bir heyvan balası ilə tələf olub. Amma hələ ora gedib çıxa bilməmişik. Çoxlu sayda toyuq-cücə tələf olub. Həyətyanı sahələr, əkinlər suyun altında qalıb”.
 

 qafqazinfo



Hadisə yerində olan cenub.az-ın könüllüsü bildirir ki, burada FHN əməkdaşları olduqca fədakarlıqla çalışır. FHN əməkdaşı, baş leytenant Əhmədov Rasim Şahin oğlu bir uşağın xilas olmasında daha çox fədakarlıq göstərmişdir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10