Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Fransa Avropada müharibəyə hazırlaşmalıdır” - Makrondan şok açıqlama


Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkə Avropa qitəsinə qayıda biləcək yüksək intensivlikli müharibəyə hazır olmalıdır.

O, seçki kampaniyası zamanı bəyan edib ki, Fransanın 2025-ci ildə müdafiə büdcəsi 50 milyard avro olacaq (hazırda 40 milyard avrodan çoxdur).

Prezident qeyd edib ki, Fransa kosmosda və kiberməkanda yeni növ münaqişələr fonunda çevik olmalıdır.

Həmçinin, Makron əlavə edib ki, o, qabaqcıl texnologiyaya investisiya qoymaq və qitəyə qayıda biləcək yüksək intensivlikli müharibəyə hazır olmaq üçün investisiyaları artırmaq istəyir.

Bununla yanaşı, Fransa lideri silahlı qüvvələrdə ehtiyatda olan əsgərlərin, eləcə də polis və jandarmların sayının artırıldığını deyib./Oxu.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10