Siyahıya dörd general-mayor daxildir...
Rusiya işğalının 20 günü ərzində Ukrayna Müdafiə Qüvvələri Rusiya qoşunlarının ali komandanlığının 10 nümayəndəsini məhv edib.
Cenub.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
Dərc edilmiş siyahıya dörd general, üç polkovnik və üç polkovnik-leytenant daxildir.
İlkin hesablamalara görə, Ukrayna torpağındakı işğalçı ordu aşağıdakı "elit" hərbçilərini itirib:
General-mayor Tuşayev Maqomed;
General-mayor Gerasimov Vitali;
general-mayor Andrey Kolesnikov;
general-mayor Andrey Suxovetski;
polkovnik Andrey Zaxarov;
polkovnik Sergey Poroxnya;
polkovnik Nikolaev İqor;
polkovnik-leytenant Aqarkov Yuri;
polkovnik-leytenant Dmitri Sofronov;
Polkovnik-leytenant Yermolin Mixail.
"İşğalçıların onu nə qədər “elitar” hesab etməsindən asılı olmayaraq hər bir Rusiya Federasiyası hərbçisini ölüm gözləyir. Ukrayna torpağında onun bir qiyməti var - qara torpaq üçün gübrə. Ukraynaya eşq olsun!", - məlumatda belə deyilir.
Sultan Laçın