Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Astara məktəblisi təqaüdlə dünyanın top universitetini qazandı


Cenub.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, Astara rayonu Pensər kənd 2 nömrəli məktəb-liseyin şagirdi Salman Hüseynov dünyanın top universitetlərindən olan Massaçusest Texnologiya Universitetinin (MIT) təqaüdünü qazanıb. 

Salman Hüseynov 2019-2020-ci tədris ilində keçirilən respublika fənn olimpiadalarında kimya fənni üzrə II yer, 2020-2021-ci tədris ilində isə I yerin qalibi olub. 

Beynəlxalq olimpiadalarda da iştirak edən Astara məktəblisi 2021-ci ildə Yaponiyada təşkil edilən ICHO - Beynəlxalq Kimya Olimpiadasında (distant) III yeri əldə edərək bürünc medal qazanıb. 

Salman Hüseynov hazırda beynəlxalq olimpiada hazırlıq mərkəzində kimya fənni üzrə dərslərdə iştirak edir.

Redaksiyamız adından təbrik edir və uğurlar arzulayırıq! 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10