Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Məhkəmənin növbəti mərhələsi||--||



İşi aparan hakim Tofiq Heydərov Şirvan Apelyasiya məhkəməsinə hakim getdiyi üçün növbəti prosesə Masallı Rayon Məhkəməsinin sədri Cahangir Nəsibovun baxacağı gözlənilir.

Məhkəmədən nə gözləyirik? Məhkəmədə İddiaçının rəsmi nümayəndəsi kimi çıxış edəcək Zahir Əmənov bu barədə aşağıdakıları bildirdi:

- Adını nə qoyurlar qoysunlar, bu, birbaşa �Cənub xəbərləri� qəzetinə təzyiq etmək, onu gözdən salmaq üçün düşünülmüş bir addımdır. Yazdıqlarımızı təkzib etmək gücündə olmayan ibişovlar, muxtarlılar Azərbaycan kişisinə yaraşmayan, onu alçaldan addıma əl atıb, kişinin əvəzini qadından çıxmaq yolunu tutdular. Guya, Masallıda hər şey düzəlmişdi, bircə qalmışdı Ərkivan qəsəbə uşaq bağçasındakı vəziyyət. Bu iş yerini itirmək bizim üçün fəlakət deyil və biz məhkəməyə müraciət etməyə də bilərdik. Lakin çoxları elə düşünərdi ki, düz adam idilərsə, gözügölgəli işləri yox idisə, niyə qərəzkarları məhkəməyə verib, açıq meydanda, üzbəüz döyüşə girmirdilər. Bir də biz öz hüququmuzu müdafiə edə bilmiriksə, başqalarına necə deyə bilərik ki, hüququnu müdafiə et. Başa düşürük ki, hansı cəmiyyətdə yaşayırıq, rayonumuzda hansı saxtakarlıqlar, rüşvətxorluqlar, mənəviyyatsızlıqlar baş verir. İcra hakimiyyətində, məhkəmədə hansı �haqq-ədalət� oyunları gedir. Elə də sadəlövh deyilik ki, yuxarıdakıların ədalətinə, insafına böyük ümidlər bəsləyək. Bütün bunları bilə-bilə biz bu məhkəmə olayına getdik. Çünki nəticədən asılı olmayaraq bu iclaslardakı araşdırmalar bizə imkan verdi ki, İbişovun komandasının və digər məmurların əsil sifətini, bəzilərinin isə simasızlığını açıb göstərək. Elə iyun ayında keçirilən iclaslarda bəlli oldu ki, digər təşkilatlarda saxtakarlıq araşdıran təhsil rəsmiləri ən böyük saxtakarlığı özləri ediblər. Əmr kitablarının gizlədilməsi, əmrlərin nömrə ilə yox, �drob�larla verilməsi, əmrlərlə �günahkarların� tanış edilməməsi, həmkarların komitə iclasına məsələsi müzakirə olunan şəxsin çağrılmaması və sair pozuntular onların saxtakarlığının, qorxaqlığının bariz nümunəsi idi.

Əvvəlki iclaslara hakimlik edən Tofiq Heydərovun peşəkarlığına bizim şübhəmiz yoxdur. Onun Məhkəmə Ekspertizasına göndərdiyi Qərardadda hətta bizim aşkarlaya bilmədiyimiz bəzi məqamlara xüsusi diqqət yetirilmişdi. Buna görə çox sağ olsun. Lakin təsəvvür edəndə ki, hakim təhsil şöbə müdirini, özü də orta məktəblərin buraxılış imtahanlarında sonuncu nəticə göstərən, yəni ən zəif bir şöbə müdirini məhkəməyə gətizdirə bilmir, 7 şahid birdən-birə hakimin çağırışına məhəl qoymayaraq iclası boykot edir, onda bizim də şübhələnməyə haqqımız olur.

Masallı məhkəməsinin haqq-ədalət nümunəsi olan hökmləri elə də çox deyil. Məhz bu məhkəmənin hakimləri gecə saat 12-də hüquqları pozulduqları üçün aclıq aksiyaları keçirənlərə heç nədən həbs hökm oxuyublar, onlarla günahsızı yuxarıların sifarişi ilə həbsdə saxlayıblar, (Bu barədə yaxın saylarımızda ətraflı bəhs edəcəyik), zəifləri əzib güclülərə qahmar çıxıblar.

Bütün bunları bilirik. Düzü, əvvəl bu və buna bənzər səbəblərə görə işə Masallıda baxılmasına etiraz da etmək istədik. Lakin sonda qərara aldıq ki, Masallı məhkəməsinin əsil simasını öz gözlərimizlə görək. Görək məhkəmənin hakimi gözəgirən saxtakarlıqları necə qiymətləndirəcək. Attestatdan tabaşirədək təhsildə hər şeyi alverə döndərən, Masallı təhsilini ağlar günə qoyan, hətta məhkəməni heç nə sayıb onun iclaslarına gəlməyən, məhkəməyə yalan məlumatlar verən ibişovların əməllərinə möhtəşəm Cahanhir adına, məhkəmə sədri kimi posta malik olan hakim hansı qiymət verəcək.

Biz bu məhkəmə iclasları vasitəsi ilə masallılara çox şey göstərəcəyik - ya bir qrup insan əmin olacaq ki, həqiqət hələ nazilsə də, üzülməyib-vicdanını icra başçılarının sifarişindən, bəzi məmurların pulundan üstün tutanlar da var. Yenə son anda qanuna sığınmaq olar, hakimlərin ədalətinə inanmaq olar, ya da görəcəklər ki, Konstitusiya, prezident sərəncamları-filan boş şeydir, bu rayonda cibi dolu, mənəviyyatı boş məmurlar var və onların pulu qarşısında diz çökənlər var.

Yaxin günlərdə məhkəmə iclasında görüşənədək.

Hazırladı: Cəfər






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10