Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycan taxta bazarında şok qiymət artımı: 15 gündür ölkəyə taxta gəlmir


Ukraynaya müdaxiləsi səbəbindən Rusiya artıq 14 gündür ki, sanksiyalara məruz qalır. ABŞ-ın və digər Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar Azərbaycanın tikinti sektoruna da öz təsirini göstərir. Tikinti bazarında əsas mallardan biri hesab edilən taxtanın qiyməti xeyli bahalaşıb.

Sahibkarlar da qiymət artımını təsdiqləyir.  Dərnəgüldə fəaliyyət göstərən taxta bazarında işləyən sahibkarlar “Yeni Sabah”a hazırda taxta materiallarının qiymətində ciddi artım olduğunu bildirib:

“Müharibə davam etdiyinə görə taxta bazarına material çox az gəlir. Bunlar da əsasən müharibədən əvvəl yüklənmiş materiallardır. Materialın gəlməməsinə hazırkı səbəb vaqonların olmamasıdır. Rusiya vaqonların əksəriyyətinə silah-sursat doldurub Ukrayna sərhəddinə göndərib. Bu üzdən boş vaqon yoxdur. Azərbaycana demək olar ki, taxta gəlmir.

Azərbaycanlı sahibkarların Rusiyada milyonlarla vəsaiti yatır. Hansı ki, pullarını ödəyib kombinatlarda mal gözləyirlər. Lakin həmin malların bazarlara göndərilməsi üçün müharibə başa çatmalıdır”.

Ötən gün Rusiya prezidenti Vladimr Putin bəzi məhsulların və xammalın idxalının qadağan olunacağı dövlətlərin siyahılarının hazırlanması ilə bağlı fərman verdi. Həmin siyahıya Azərbaycan da əlavə olunsa, bazarlardakı vəziyyət necə olacaq? Sahibkar bu məsələyə də toxunub:
“Bu qərarın verilməsi bütün ümidləri puç etdi. Azərbaycan həmin siyahıya salınsa, bazara çox böyük ziyan dəyəcək. Çünki Azərbaycana yalnız Ukrayna və Rusiyadan taxta gəlirdi. Hər iki istiqamətdə iş dayanıb. Müharibə başlayandan sonra da taxta gəlib, lakin çox çətinliklə. Həmin mallar müharibədən öncə yüklənənlər idi.
Bu məsələlər səbəbindən hazırda bazarda taxtanın bir kubunun qiyməti 450-480 manatdır. Əvvəl 300-350-ə manata satılırdı”.

Mehri QURBAN





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10