Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı alimləri. 2 akademik, 96 elmlər doktoru, 160 fəlsəfə doktoru (onlardan 15 nəfəri qadın)


Masallı alimləri. 2 akademik, 96 elmlər doktoru, 160  fəlsəfə doktoru (onlardan 15 nəfəri qadın)


Qəribə olsa da Masallıda alimlərin siyahısını əldə etmək, deyəsən, alim olmaqdan çətin imiş. 2 aya yaxındır ki, Masallı rayonu üzrə alimlərin siyahısını toplamağa başlamışıq. Maraqlı məlumatlar da əldə etmişik.

Ancaq təəssüfedici məqamlar da az olmadı. Hər alimin təhsil aldığı məktəb üçün həmin alimin adı şərəf yeri olmalıdır. Xüsusən akademik adı qazanan, elmləri doktoru səviyyəsinə yüksələn insanların şəkilləri, keçdiyi həyat yolu, elm yolu tam aydın lövhələrlə həmin məktəbin ən önəmli, gözəgəlimli yerində olmalıdır. Çox təəssüf ki, 2-3 məktəbi çıxmaq şərti ilə, alimlərin adı olan lövhələrə əksər məktəblərdə rast gəlinmir. Nəinki rast gəlinmir, bir çox direktorlar bu sahədə elementar məlumata malik deyillər.


Məsələn, Ərkivanda Bədirli tam orta məktəbi var. Bu məktəbin məzunları sırasından 1 akademik, 10 elmlər doktoru, 14 fəlsəfə doktoru yetişib. Nəinki məktəbin daxilində, hətta həyətində bu 25 alim üçün lövhə düzəldilməlidir ki, yoldan ötənlər belə görsün ki, bir məktəbdə nə qədər alim yetişib.

Elmlər doktoru adını almaq çox şərəfli işdir.
Məsələn, Bədəlan kimi adlı-sanlı kənddən hələ də elmlər doktoru yetişməyib.

Sarıcəfərli (3 nəfər elmlər doktoru), Miyankü, Kəlbəhüseynli (Qala dibi - 4 nəfər elmlər doktoru), Tüklə, Öncəqala və sair kəndlər də isə əhalinin sayı olsa da bir neçə elmlər doktoru yetişdirməyə nail olublar.

Masallı alimləri sırasında tibb üzrə alimlər daha çoxdur. Təkcə Tibb üzrə elmlər doktorlarının sayı 20-dən artıqdır. Ən çox tibb alimləri isə Qızılağacdandır.

Nə isə. Çox çətinliklə də olsa, biz ilkin siyahını hazırladıq. Kimi təcrübəsizlikdən, kimi səriştəsizlikdən, kimi açığını desək, paxıllıqdan siyahını tam vermədisə, günahı bizlik olmadı.

Bu siyahının hazırlanmasında bizə yaxından yardımçı olan Masallı Təhsil şöbəsinin məsul işçisi Abbas Abbaszadəyə dərin minnnətdarlığımızı bildiririk.

Təbii ki, bu siyahıda adı olmayan, yaxud qeyri-dəqiqliklə verilən adlar var. Biz siyahını feysbuk səhifəmizdə də (Zahir Amanov) paylaşacağıq. Xahiş edirik, qeydlərinizi həmin səhifənin rəy bölümündə ətraflı bildirəsiniz.


Hazırda isə masallılı 2 akademik, 96 elmlər doktoru, 160 fəlsəfə doktoru (onlardan 15 nəfəri qadındır) barədə ilkin məlumatları sizə təqdim edirik:

Masallı şəhəri üzrə 

Masallı şəhər 1 saylı tam orta məktəbindən hələ ki, məlumat almaq olmayıb.

Masallı şəhər 2 saylı tam orta məktəbdən bildirirlər ki, onların məzunlarından alimlik dərəcəsi alan olmayıb.


Masallı şəhər 3 saylı tam orta məktəbin məlumatında aşağıdakılar bildirilir:

1. Ələkbərov Cəbrayıl Ələkbər - Elmlər doktoru. Professor.
2. Qədiməliyev Fikrət Zəbi - Elmlər doktoru. Professor.
3. İsmayılova Mehriban Vahab - Tibb üzrə elmlər doktoru.

İsgəndərli və Seybətin tam orta məktəblərinin rəhbərləri də bildirib ki, onların məzunlarından alimlik dərəcəsinə yüksələn olmayıb.

Digah tam orta məktəbi aşağıdakı siyahını təqdim edib:


1. Abuşov Firudin Abiş oğlu - Tibb üzrə elmlər doktoru (Vəfat edib).

2. Abuşov Rahib Abiş oğlu - Biologiya üzrə elmlər doktoru.

3. Abuşov Səid Abiş oğlu - Texnika üzrə elmlər doktoru.


4. Əkbərov Taleh Balağa oğlu - İqtisadiyyat üzrə fəlsəfə doktoru.

5. Məmmədov Vaqif Məmməd oğlu - Fizika -Riyaziyyat üzrə fəlsəfə doktoru.
Neft Kimya İnstitutunda işləyib (Vəfat edib).

9. Həbibov Rafiq Mirmustafa oğlu - Biologiya üzrə fəlsəfə doktoru(Vəfat edib).



Ərkivan qəsəbə ərazisi üzrə:

-Ərkivan qəsəbə ərazisi üzrə 45 nəfər alimlik zirvəsinə yüksəlib

Qısa statistika:

-Ərkivan torpağına bağlı olan 45 nəfər alimlik zirvəsinə yüksəlib;
-Onlardan 1-i akademik, 16-sı elmlər doktorudur;
-Ərkivanlı alimlərdən 6-sı qadındır;
-Bağırovlar, Mirzəyevlər, Yusiflilər, Mikayılovlar, Kazımovlar, Cəbiyevlər ailəsi 2 və daha çox alim yetirib;
-Cəbili, Bədirli və Ramazanlı məhəllələri bu sahədə rekord qırır. Belə ki, bu məhəllələrdən 10 nəfər elmlər doktoru, 14 nəfər fəlsəfə doktoru adını qazanmışdır;
-34 ev olan Cəbili məhəlləsi 2 elmlər doktoru, 3 fəlsəfə doktoru yetişdirib;
-Yalnız Göllü məhəlləsində alim adını qazanan olmayıb.

Hazırda qəsəbə ziyalıları buradakı məktəblərin birində “Alimlər muzeyi” yaratmaq barədə planlar qurur.



Bədirli-Əlihəsənli

1. Bağırov Bağır Əli oğlu — geologiya-minerologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Neft Akademiyasında kafedra müdiri.
2. Həsənov Bədrəddin İbrahim oğlu - kənd təsərrüfatı üzrə elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri işləmiş, vəfat etmişdir.
3. Niftullayev Məhərrəməli Zülfüqar oğlu - tibb üzrə elmlər doktoru,
4. Mirzəyev Sabir Soltanağa oğlu - fizika-riyaziyyat üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin professoru.
5. Məmmədov Afiq Məmməd oğlu - riyaziyyat üzrə elmlər doktoru
6. Mənsimov Əbdülhüseyn Abı oğlu (Əlihəsənli) - tarix üzrə elmlər doktoru, M.Tusi adına APU-nun dosenti.

7. Rüstəmov Raif Məmməd oğlu - ABŞ-ın və dünyanın reytinqli Stanford Universitetinin texniki elmlər üzrə professoru.
8. Bağırov Elçin Bağır oğlu - fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru
9. Mirzəyev Müctəba Mütəllim oğlu - iqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin dosentidir.
10. Mirzəyev Yavər Mütəllim oğlu - iqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Iqitisadiyyat Universiteti dosenti işləyib, vəfat etmişdir.
11. Mirzəyev Vidadi Soltanağa oğlu - fizika-riyaziyyat üzrə fəlsəfə doktoru.
12. Bağırova Samirə Bağır qızı - iqtisadiyyat üzrə fəlsəfə doktoru, ABŞ-da çalışır.
13. Bağırova Raufə — geologiya-mineralogiya üzrə fəlsəfə doktoru.
14. Zahidova (Sadıqova) Nailə Məmmədhüseyn qızı – filologiya üzrə fəlsəfə doktoru

Cəbili

15. Cəbiyev Əvəz Abdulhəsən oğlu - tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin professoru olub, vəfat etmişdir.
16. Cəbiyev Ədalət Nurəddin oğlu - texnika üzrə elmlər doktoru.

17. Cəbiyev Zülfüqar Qədir oğlu - tibb üzrə fəlsəfə doktoru, vəfat etmişdir.
18. Cəbiyev Yusif - fizika-riyaziyyat üzrə fəlsəfə doktoru.
19. Cəbiyev Tağı - fizika-riyaziyyat üzrə fəlsəfə doktoru.

Ramazanlı

20. Məmmədov Nadir Gülməmməd oğlu - coğrafiya üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin professoru.
21. Cabbarov Rasim Baba oğlu - fizika-riyaziyyat üzrə elmlər doktoru, professor

22. Axundov Çingiz — fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin elmi işçisi.
23. Məmmədova Lalə Nadir qızı — iqtisadiyyat üzrə fəlsəfə doktoru.
24. İsmayılov Mirnuh Cavad oğlu — coğrafiya üzrə fəlsəfə doktoru.

Abbaslı 

25. Qurbanov Vaqif Oruc oğlu - tibb üzrə fəlsəfə doktoru

İsoba

26. Əzizov Rəşad Məhərrəm oğlu

Həsənəkücə

27. Yusifli Vaqif Əziz oğlu — filologiya üzrə elmlər doktoru, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
28. Yusifli Cavanşir Əziz oğlu — filologiya üzrə elmlər doktoru, Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisidir, fransız-ingilis və rus dillərini bilir. Tənqidçi və tərcüməçidir.
29. Qasımov Qasıməli Şükür oğlu - texnika üzrə elmlər doktoru, professor. Rusiya

30. Salayev Gülağa Azadxan oğlu — hüquq üzrə fəlsəfə doktoru. Belarusiyada Armitraj Məhkəməsinin hakimidir.
31. Məmmədov Eminağa Mirzağa oğlu - riyaziyyat üzrə fəlsəfə doktoru, Elmlər Akademiyasının Riyaziyyat və Mexanika institutunun aparıcı elmi işçisi

Zeynoba


32. Məmmədov Gamal Əliheydər oğlu - iqtisadiyyat üzrə fəlsəfə doktoru

Miyondi

33. Kazımov Nadir — iqtisadiyyat üzrə fəlsəfə doktoru, vəfat etmişdir.
34. Kazımov Rahib - iqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetində müəllim.
35. Qənbərov Həsənağa Məmi oğlu — tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi.
36. Əşrəfova Rəsmiyyə Sabir qızı — iqtisadiyyat üzrə fəlsəfə doktoru.

Bağlakücə 

37. Mikayılov Qorxmaz Eyvaz oğlu — fizika-riyaziyyat üzrə elmlər doktoru, ABŞ-da işləyir.
38. Mikayılov Rahib Eyvaz oğlu — texnika üzrə elmlər doktoru, ABŞ-da işləyir.
39. Cəfərov Əsədulla — tarix üzrə elmlər doktoru, professor, Beynəlxalq "İNTAS-2000" proqramının qrant laureatı, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri.
40. Sadıqov Tural Həsənağa oğlu - riyaziyyat üzrə elmlər doktoru, professor. ABŞ

Pələnküştə

41. Şiriyev Qoşqar — iqtisad üzrə fəlsəfə doktoru.
42. Şiriyev Firudin — biologiya üzrə fəlsəfə doktoru

Qızlakücə

43. Səmədov Abdurrəhman - baytarlıq üzrə fəlsəfə doktoru Vəfat edib.
44. Səmədov Arif Vasif oğlu — siyasət üzrə fəlsəfə doktoru.
45. Səmədova Fəqanə Vaqif qızı — siyasət üzrə fəlsəfə doktoru. ABŞ-da çalışır



Boradigah ərazisi 

Boradigah ərazisi üzrə 18 nəfər alimlik zirvəsinə yüksəlib.
Onlardan 5 nəfər elmlər doktorudur.


1. Məmmədov Faiq Cəbrayıl oğlu - fizika-riyaziyyat üzrə elmlər doktoru (Boradigah)

2. Abdullayev Heybət İzzət oğlu - 1929-1995-ci il, Tibb üzrə elmlər doktoru, professor.
(Mollaoba)
3. Nəsirov Vaqif İbad oğlu - fizika-riyaziyyat üzrə elmlər doktoru, professor (Mollaoba)
4. Hüseynoğlu Gülhüseyn - 16.10.1923-cü il, filologiya üzrə elmlər doktoru, professor (Mollaoba)
5. Abbasov Əliqulu Əliabbas oğlu - kənd təsərrüfatı üzrə elmlər doktoru (Mollaoba)

6. Məcidov Sahib Əsəd oğlu - fəlsəfə üzrə elmlər doktoru (Boradigah)
7. Bayramov Rauf Rəhim oğlu - fizika-riyaziyyat üzrə fəlsəfə doktoru (Boradigah)
8. Bəşirov Çingiz Adil oğlu - hüquq üzrə fəlsəfə doktoru (Boradigah)
9.Abbasov Əmmar Sabir oğlu - tarix üzrə fəlsəfə doktoru (Mollaoba)
10.Aslanlı Gülağa Qulam oğlu - fizika-riyaziyyat üzrə fəlsəfə doktoru. (Mollaoba)
11. Əsgərov Rəşad Hüseynağa oğlu - fəlsəfə doktoru (Mollaoba)
12. Nəsirov Emin Vaqif oğlu - fizika üzrə fəlsəfə doktoru (Mollaoba)
13. İsmayılov Samir Ələddin oğlu - tarix üzrə fəlsəfə doktoru (Mollaoba)
14. Qarayeva Gülxanım İbrahim oğlu - tarix üzrə fəlsəfə doktoru (Mollaoba)
15. Məcidov İlkin Sabir oğlu - iqtisadiyyat üzrə fəlsəfə doktoru (Mollaoba)
16. Məcidov Natiq Sabir oğlu - iqdisadiyyat üzrə fəlsəfə doktoru (Mollaoba)
17. Qarayev Malik İbrahim oğlu - filologiya üzrə fəlsəfə doktoru (Mollaoba)
18. Axundova Elmira Hüseyn qızı- filologiya üzrə fəlsəfə doktoru (Mollaoba)

Babaser

1.Mahmudov Vüqar Nəsrulla oğlu - tibb üzrə fəlsəfə doktoru.



Banbaşı ərazisi 

1.Ağayev Məmmədhəsən Məmməd oğlu - tibb üzrə elmlər doktoru, professor
2.Ağayev Soltanağa Hacağa oğlu - texnika üzrə elmlər doktoru (Vəfat edib)

3.Qədməliyev Fikrət Gülverdi oğlu - tibb üzrə fəlsəfə doktoru, Dövlət Gömrük Komitəsinin rəisi, General mayor.

Böyük Xocavar 

1. Məmmədsadıqov Hüseyn Həsən oğlu - texnika üzrə elmlər doktoru, professor

2. Bəşirov Museyib Yadulla oğlu - fizika üzrə fəlsəfə doktoru.
3. Məmmədov Alim İslam oğlu – tibb üzrə fəlsəfə doktoru.
4. Məmmədov İlqar İslam oğlu – tibb üzrə fəlsəfə doktoru.
5. Rəhimov Ədalət Böyükxan oğlu – hüquq üzrə fəlsəfə doktoru.



Bədəlan ərazisi 

1. Bağırov Beytulla Süleyman oğlu - fəlsəfə üzrə fəlsəfə doktoru.
2. Kərimov Müşfiq İsrafil oğlu - tibb üzrə fəlsəfə doktoru.
3. Xəlilov İdris Eynəli oğlu - tibb üzrə fəlsəfə doktoru.
4. Zərbiyev Tarverdi Zəbi oğlu - tibb üzrə fəlsəfə doktoru.
5. Qulamov Qulaməli Şali oğlu - pedoqogika üzrə fəlsəfə doktoru.
6. Mikayılov Ülfət Salman oğlu - tibb üzrə fəlsəfə doktoru .



Çaxırlı ərazisi

1.Əsgərli Fizuli Feyruz oğlu - filologiya üzrə elmlər doktoru

2. Xəlfəli Sabir Abdulhüseyin oğlu - iqtisadiyyat üzrə fəlsəfə doktoru, professor
3. Cəfərli Barat Adəm oğlu - kənd təsərrüfatı üzrə fəlsəfə doktoru
4. Nəbiyev Əliş Fəyyaz oğlu – filologiya üzrə fəlsəfə doktoru
5. Əhmədov Musa Əlisa oğlu – texnika üzrə fəlsəfə doktoru
6. Nəbiyev Mirzə Məmməd oğlu – texnika üzrə fəlsəfə doktoru
7. Fətullayev Hikmət Şahpələng oğlu - iqtisadiyyat üzrə fəlsəfə doktoru, Vergilər Nazirliyində işləyir
8. Bəşirov Seyran Müzəffər oğlu - fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
9. Abuşov Oktay Qulamhüseyin oğlu - fizika-riyaziyyat üzrə fəlsəfə doktoru

Kəlbəhüseynli (Qaladibi) kəndi

1. Bəşirov Abbas Bəşir oğlu - fizika-riyaziyyat üzrə elmlər doktoru, professor (1934-1998)
2. Niftiyev Gündüz Məhəmməd oğlu - fizika-riyaziyyat üzrə elmlər doktoru (1949-1991)
3. Paşayev Aydın Məmməd oğlu - filologiya üzrə elmlər doktoru, professor (doğum tarixi: 1939)

4. Xəlilov Rahid Süleyman oğlu (Rahid Ulusel) - fəlsəfə üzrə elmlər doktoru, professor(doğum tarixi: 1954)

Sarıcəfərli kəndi


1. Niftiyev Gündüz Məhəmməd oğlu - fizika-riyaziyyat üzrə elmlər doktoru (vəfat etmişdir)
2. Niftiyev Namik Nadir oğlu - fizika-riyaziyyat üzrə elmlər doktoru
3. Əsgərov Faiq Ərzulla oğlu – texnika üzrə elmlər doktoru



Gəyəçöl ərazisi

Onlardan 2 nəfər elmlər doktorudur:

1. Niftiyev Ağaddin – fizika-riyaziyyat üzrə elmlər doktoru, vəfat edib
2. Qafarov Ağadadaş Həsrət oğlu - iqtisadiyyat üzrə elmlər doktoru

3. Abdullayev Abduləli Mehman oğlu - hüquq üzrə fəlsəfə doktoru
4. Əmiraslanov Sadiq Natiq oğlu - geologiya-mineralogiya üzrə fəlsəfə doktoru
5. Şükürov Əlşirin Səyədulla oğlu - riyaziyyat üzrə fəlsəfə doktoru
6. Niftiyev Şaiq Yolu oğlu - geologiya-mineralogiya üzrə fəlsəfə doktoru
7. Əhmədov Saleh Yusif oğlu - riyaziyyat üzrə fəlsəfə doktoru



Güllütəpə ərazisi 

Onlarda 5 nəfər elmlər doktorudur.
Alimlərin adlı siyahısı, elmi dərəcəsi və vəzifəsi:


1. Əlinağıyev Cəbrayıl Fərman oğlu - tibb üzrə elmlər doktoru
2. Əlinağıyev Arif Fərman oğlu - tibb üzrə elmlər doktoru
3. Məmmədov Əliniyaz Əli oğlu - tibb üzrə elmlər doktoru, professor
4. Abbasov Təyyar - tibb üzrə elmlər doktoru, professor (Vəfat edib)

5. Əlinağıyev Babək Cəbrayıl oğlu - tibb üzrə fəlsəfə doktoru

Əmirturbə kəndi

1. Bayramov Qılıncxan Həmzə oğlu - pedaqogika üzrə elmlər doktoru, professor



Həsənli ərazisi

1. Cəbiyev Nizam Şayı oğlu - elmlər doktoru, AzərbaycanTexniki Universiteti
2. Məmmədov Kərimulla Zabulla oğlu - fəlsəfə üzrə elmlər doktoru

3. Məmmədov Məhəmmədhüseyin İlyas oğlu - fəlsəfə doktoru

Köçəkli kəndi

1. Quliyev Akif Əlihüseyin oğlu - elmlər doktoru, Xarici Dillər Universiteti
2. Xəlilov Cəlil Malik oğlu - fəlsəfə üzrə elmlər doktoru

3. Hüseynov Mirəlyar Şahverən oğlu - fəlsəfə doktoru



Hişkədərə ərazisi 

Onlardan 4 nəfər elmlər doktorudur.
Alimlərdən 1 nəfər qadındır.


1. Rəhmətov Camal Bəhlul oğlu - biologiya üzrə elmlər doktoru
2. Qafarov Əlirza Nəriman oğlu - iqtisadiyyat üzrə elmlər doktoru, professor
3. Ağayev Nazim Sərraf oğlu - riyaziyyat üzrə elmlər doktoru
4. Ağayev Rafiq Paşa oğlu - fizika-riyaziyyat üzrə elmlər doktoru

5. Əliyeva Nəzakət Naib qızı - tibb üzrə fəlsəfə doktoru
6. Hüseynov Əlməmməd Həsənqulu oğlu - tibb üzrə fəlsəfə doktoru
7. Əliyev Nazim Kazım oğlu - hüquq üzrə fəlsəfə doktoru
8. İzzətov Bəxtiyar Mirzəkişi oğlu - fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
9. Bağırov Elmir Məmməd oğlu - siyasət üzrə fəlsəfə doktoru
10. Əhmədov Bayram Məmmədəli oğlu - texnika üzrə fəlsəfə doktoru



Xıl ərazisi 

Onlardan 2 nəfər elmlər doktorudur:

1. Quluzadə Musa - tarix üzrə elmlər doktoru
2. Bəylərbəyov Şahkərim - elmlər doktoru

3. Məmmədov Nəriman - fəlsəfə doktoru
4. Salmanov Valid - fəlsəfə doktoru
5 . Ağayev Emin - fəlsəfə doktoru
6 . Məmmədov Rəhim - fəlsəfə doktoru
7. Ağayev İbrahim - fəlsəfə doktoru
8. İslamov İslam - fəlsəfə doktoru
9. Qədirov Balheydər - fəlsəfə doktoru
10. Məmmədov Şakir - fəlsəfə doktoru



Xırmandalı ərazisi

Onlardan 2 nəfər elmlər doktorudur:

1. Qasımov Rafiq Atakişi oğlu - kimya-biologiya üzrə elmlər doktoru, BDU-nun professoru
2. Həsənov Fizuli Xeyrulla oğlu - filologiya üzrə elmlər doktoru, Azərbaycan Dillər Universiteti

3. Zahirov Əsgər Sərdar oğlu - tarix üzrə fəlsəfə doktoru, Gəncə KTU-nun professoru olub (Vəfat edib)
4. Gözəlov Əziz Paşa oğlu - filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universiteti (Vəfat edib)
5. Quliyev Ağaşirin Simran oğlu - texnika üzrə fəlsəfə doktoru
6. Abbasov Mürüvvət Əzim oğlu - tarix üzrə fəlsəfə doktoru

Ərəb kəndi

1. Şəmmədov Ramiz Zeynal oğlu - biologiya üzrə fəlsəfə doktoru, Lənkəran Dövlət Universitetində dekan

Hacıtəpə kəndi

1. Həmidov İlham Məhərrəm oğlu - tibb üzrə elmlər doktoru, Respublika Uroloji xəstəxanasında şöbə müdiri.




Kalinovka ərazisi


Onlarda 1 nəfər elmlər doktorudur:

1. Salmanov İslam Bəhlul oğlu - filologiya üzrə elmlər doktoru

2. Salmanov Aslan Bəhlul oğlu - filologiya üzrə fəlsəfə doktoru



Kolatan ərazisi 

Onlardan 2 nəfər elmlər doktorudur:

1. İsgəndərov Anar Camal oğlu - tarix üzrə elmlər doktoru, professor
2. Həmidov İmanverdi Yavər oğlu - filologiya üzrə elmlər doktoru, professor

3. Əliyev Zəvərxan Feruz oğlu - tarix üzrə fəlsəfə doktoru
4. Babayev İsrafil İsabala oğlu – fizika-riyaziyyat üzrə fəlsəfə doktoru



 Köhnə Alvadı ərazisi

1. Bağırzadə Elşən Rəsul oğlu - iqtisadiyyat üzrə elmlər doktoru
2. Əlibəyli Qulamhüseyn Surxay oğlu - hüquq üzrə elmlər doktoru



Qarğalıq ərazisi

Eminli kəndi 

1. Eminbəyli Ramazan Fərrux oğlu - fizika-riyaziyyat üzrə elmlər doktoru, professor.

2. Nuriyev Dilxoş Əliqulu oğlu - iqtisadiyyat üzrə fəlsəfə doktoru
3. Əhmədov Xatəm Hüseynqulu oğlu - texnika üzrə fəlsəfə doktoru



Qəriblər ərazisi


Onlardan 3 nəfəri elmlər doktorudur:

1. Əliyev Mehman Nəbi oğlu - tibb üzrə elmlər doktoru, Tibb Universitetində işləyir.
2. Aslanlı Mirkazım - tibb üzrə elmlər doktoru
3. Ağayev Zeydulla Abdulla oğlu - filologiya üzrə elmlər doktoru, professor (Vəfat edib)

4. Mirzəyev Tofiq Ağəddin oğlu - tibb üzrə fəlsəfə doktoru



Qızılağac ərazisi

Onlardan 4 nəfəri elmlər doktorudur:

1. Əliyev Məşhədi Yusif Hacı Məcid oğlu – tibb üzrə elmlər doktoru
2. Ələkbərov Cəbrayıl Ələkbər oğlu – tibb üzrə elmlər doktoru, Travmatalogiya, professor
3. Abdullayev Fərman Musa oğlu - tibb üzrə elmlər doktoru, professor
4. Abbasov Namiq AbdulSəmid oğlu - tibb üzrə elmlər doktoru, professor, Vərəm dispanseri

5. Abdullayev Musa Mirməmməd oğlu - tibb üzrə fəlsəfə doktoru
6. Əliyev Yunis Məşhədi Yusif oğlu - tibb üzrə fəlsəfə doktoru
7. Məmmədov Üzeyir Ağaverdi oğlu - tibb üzrə fəlsəfə doktoru,Tibb Universiteti
8. Abdullayev Oqtay Musa oğlu - tibb üzrə fəlsəfə doktoru, Qanköçürmə İnsitutu
9. Həsənov Əlizaman Müseyyib oğlu - kənd təsərrüfatı üzrə fəlsəfə doktoru
10. Ağabalayev Fərman Alı oğlu - kənd təsərrüfatı üzrə fəlsəfə doktoru
11. Ələkbərov Elmidar Bəbir oğlu - kənd təsərrüfatı üzrə fəlsəfə doktoru
12. Abasov Zəki Mirzəxan oğlu - biologiya üzrə fəlsəfə doktoru
13. Əliyev Rəcəb Əhməd oğlu - tarix üzrə fəlsəfə doktoru



Qızılavar ərazisi

Onlardan 4 nəfər elmlər doktorudur.
Onlardan 2 nəfəri qadındır:


1. Qurbanov Şair Xalıq oğlu - tibb üzrə elmlər doktoru, professor
2. Payızov Cəmil Nəbiəli oğlu - hüquq üzrə elmlər doktoru
3. Əzizov Vəsadət Əli oğlu - tibb üzrə elmlər doktoru, professor, ATU-nun kafedra müdiri

4. Ağayev Seymur Xanverdi oğlu - iqtisadiyyat üzrə fəlsəfə doktoru,Türkiyədə R.T.Ərdoğan adına Dövlət Universitetində dosent
5. Hüseynov Həsənağa Hüseynəli oğlu - kənd təsərrüfatı üzrə fəlsəfə doktoru
6. Qurbanova Şəhla Müzəffər qızı - texnika üzrə fəlsəfə doktoru
7. Həşimova Rahilə - Tibb Universitetinin dosenti
8. Payızov Müqəddəs Gülər oğlu - şərqşünaslıq, filologiya üzrə fəlsəfə doktoru
9. Ağayev Elnur Xanəli oğlu - tarix üzrə fəlsəfə doktoru, Kıprız respublikasında ”Avropa” Universitetində müəllim



Qodman ərazisi


1. İbrahimov Hacıbala İsgəndər oğlu - hüquq üzrə fəlsəfə doktoru
2. Şiriyev Fikrət Abuzər oğlu – fəlsəfə doktoru, BDU



Lürən ərazisi

1. Əhədov Şirəli Ağəli oğlu - fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
2. Məmmədov Vilayət Xudayar oğlu - kənd təsərrüfatı üzrə fəlsəfə doktoru
3. Paşayev Ağacəfər Mircəfər oğlu - fəlsəfə doktoru



Mahmudavar ərazisi


Alimlərdən 1 nəfəri qadındır:

1. Ağayev Mehman Məmmədrahim oğlu - tibb üzrə elmlər doktoru, ATU-nun professoru

2. Eyvazov Rəfail Qurban oğlu - fəlsəfə doktoru, Sumqayıt Tibb Texnikumunun direktoru
3. Fəttayev Habil Dövlət oğlu - BDU professor
4. Əliyev Rahib Əşrəf oğlu - tibbi biologiya üzrə fəlsəfə doktoru, ATU-nun professoru
5. Eyvazova Billurə Qulam qızı - tibb üzrə fəlsəfə doktoru
6. Əzizov Qulam Qəribəli oğlu - fəlsəfə doktoru, ADPU-da dekan
7. Ağayev Şahrıza Oğul oğlu - fəlsəfə üzrə elmlər doktoru, ADPU professor
8. Əzizov Əflatun Polad oğlu – dosent, fəlsəfə doktoru
9. İsaqov Elxan Urşan oğlu - kimya üzrə fəlsəfə doktoru



Miyankü ərazisi

1. Tahirov İlham Mikayıl oğlu - filologiya üzrə elmlər doktoru

2. Nəzərov Fətulla Boyul oğlu - texnika üzrə fəlsəfə doktoru
3. Ağayev Sayyad İsaq oğlu - iqtisadiyyat üzrə fəlsəfə doktoru



Musaküçə ərazisi

1. Həsənov Əfsər Məmmədyar oğlu - kimya üzrə fəlsəfə doktoru



Şərəfə ərazisi

Onlardan 1 nəfər elmlər doktorudur.
Alimlərdən 1 nəfəri qadındır:


Şərəfə kəndi

1. Seyfullayev Subhan Məmməd oğlu - iqtisadiyyat üzrə elmlər doktoru, professor, Xalq Təsərrüfatı İnstitutunda işləmişdir. 2003-cü ildə vəfat etmişdir.

2. Qurbanov Zəfər Cəfər oğlu - tibb üzrə fəlsəfə doktoru, akademik M.Cavadzadə adına Respublika Uraloji Klinik xəstəxanasında ali dərəcəli uroloq-cərrah kimi fəaliyyət göstərir.
3. Zamanov Fəyyaz Məzahir oğlu – iqtisadiyyat üzrə fəlsəfə doktoru, D.Bünyadzadə adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda işləmişdir.
4. Ağababayev Saday Ağadadaş oğlu - kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, 1975-ci ildən Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində işləmişdir, 2015-ci ildə vəfat etmişdir.
5. Əkbərov Mehman Əkbər oğlu – fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda baş elmi işçi vəzifəsində işləmişdir.
6. Məmmədov Hafiz Hilal oğlu – biologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Pedaqoji Universitetində işləmişdir, 2004-cü ildə vəfat etmişdir.
7. Ağayev Məmmədəli Hənnan oğlu - pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunda dosent vəzifəsində işləmişdir, 2008-ci ildə vəfat etmişdir.
8. Nəbiyev Adil Daxıl oğlu - fəlsəfə doktoru, Azərbaycan Dövlət Neft şirkətinin Neft-Mədən avadanlığı istehsal edən maşınqayırma zavodunda texniki şöbənin müdiri vəzifəsində çalışır.
9. Xəlilov Abdul Oruc oğlu - fəlsəfə doktoru, Azərbaycan Respublikası Qeyri Üzvü və Fiziki Kimya İnstitutunda işləmişdir.
10. Seyfullayeva Nərminə Səftər qızı - coğrafiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Coğrafiya İnstitutunda dosent vəzifəsində çalışır.
11. Ələkbərov Samit Fəyyaz oğlu - tibb üzrə fəlsəfə doktoru, hazırda Moskva şəhərində 1 saylı Tibb Akademiyasının bazası olan 67 nömrəli klinik xəstəxanada 2-ci cərrahiyə şöbəsinin müdiri vəzifəsində çalışır.
12. Həsənov İsmayıl Cəfər oğlu – inşaat üzrə fəlsəfə doktoru, hal-hazırda həmin Universitetdə Baş müəllim vəzifəsində çalışır
13. Seyfullayev İlqar Subhan oğlu – iqtisadiyyat üzrə fəlsəfə doktoru, Respublika Elmlər Akademiyasının İqtisad İnstitutunda işləyir
14. Ağababayev Müşfiq Saday oğlu – iqtisadiyyat üzrə fəlsəfə doktoru, Usral Dövlət Universitetində çalışır

Ağakişibəyli kəndi

1. Kərimov Böyükxan Fərzulla oğlu – biologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya İnstitutunda çalışmışdır, 19 noyabr 2006-cı ildə vəfat etmişdir
2. Əsədov Arif Əsədulla oğlu - iqtisadiyyat üzrə fəlsəfə doktoru, Xalq Təsərrüfatı İnstitutunda müəllim işləyib, 2013-cü ildə vəfat etmişdir.
3. Hüseynov Süleyman Səfər oğlu - pedaqogika üzrə fəlsəfə doktoru, ”Naxçıvan” Universitetində dekan və kafedra müdiri vəzifəsində çalışmışdır.



Şıxlar ərazisi

Şıxlar ərazisi üzrə 1 nəfər alimlik zirvəsinə yüksəlib:

1. Hüseynov Şaban Qulam oğlu - filologiya üzrə fəlsəfə doktoru, dosent



Təklə ərazisi


1. Sadıqov Həsənbala Hənifə oğlu - elmlər doktoru, professor, Gəncə şəhər Akademiyasının Tarix İnstitutunda rektor

2. Tağıyev Sərxan Əbülfəz oğlu - əczaçılıq üzrə fəlsəfə doktoru, N.Nərimanov adına Azərbaycan Tibb Universitetində dərman preparatlarının hazırlanması texnologiyası kafedrasının dosenti.
3. Həsənov Qabil Mirzəli oğlu – texnika üzrə fəlsəfə doktoru, Azərbaycan Kimya Etilen Polietilen zavodunda istehsalat rəisi



Təzə Alvadı ərazisi

1. Məmmədov Məhəmməd Yəhya oğlu - coğrafiya üzrə elmlər doktoru, professor
2. Quliyev Vasif Məmmədqulu oğlu - iqtisadiyyat üzrə elmlər doktoru, professor

3. Qurbanov Vaqif Abdulhüseyin oğlu - fəlsəfə doktoru
4. Qurbanov Fürsənd Əliheydər oğlu - iqtisadiyyat üzrə fəlsəfə doktoru
5. Kazımov Fizuli Ağabala oğlu - texnika üzrə fəlsəfə doktoru, dosent



Təzəkənd ərazisi

1. Babayev Kamaləddin Müzəffər oğlu - tibb üzrə fəlsəfə doktoru
2. Əliyev Fikrət Xanhüseyin oğlu - tibb üzrə fəlsəfə doktoru
3. Tağıyev Əbülfəz Nağı oğlu - biologiya üzrə fəlsəfə doktoru



Tüklə ərazisi


Onlardan 3 nəfər elmlər doktorudur:

1. Babayev İsmayıl Sayad oğlu (1938-1995) - texnika üzrə elmlər doktoru, Azərbaycan Elmi Tədqiqat Su Problemləri İnstitutunda laboratoriya rəhbəri işləyib,vəfat etmişdir
2. Mirzəyev Qaraxan Ağaxan oğlu 1951-ci il - fizika-riyaziyyat üzrə elmlər doktoru, M. V. Lomonosov ad. MDU-nun riyazi analiz kafedrasının professoru
3. Baxışov Əlimərdan Aşur oğlu 1958-ci il - tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin professoru

4. Babayev Rafiq Sayad oğlu (1961-2012) - fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, Azərbaycan İnşaat Universitetinin dosenti olub, vəfat etmişdir



Türkoba ərazisi

Onlardan 1 nəfər akademik, 4 nəfər elmlər doktorudur.
Alimlərdən 1 nəfər qadındır:

1. Tağıyev Bahadır Hüseyin oğlu - akademik, AMİŞ-nın həqiqi üzvü
2. Ağayev Aydın Mirzəli oğlu - tarix üzrə elmlər doktoru, politoloq
3. Kişiyev Alxas Xalıq oğlu - hüquq üzrə elmlər doktoru
4. Abbasov Əliabbas Qubad oğlu - kimya üzrə elmlər doktoru

5. Əliyev Qulamhüseyin Həsrət oğlu - filologiya üzrə fəlsəfə doktoru
6. Seyidzadə Mirəziz Mirəsgər oğlu - ilahiyyat üzrə fəlsəfə doktoru
7. Kişiyeva Zöhrə Xalıq qızı - hüquq üzrə fəlsəfə doktoru
8. Fəttayev Miri Mircəlal oğlu - biologiya üzrə fəlsəfə doktoru
9. Fəttayev Fərhad Qədir oğlu - fəlsəfə doktoru


Yeyənkənd ərazisi

1. Adıgözəlov Hacıəli Oruc oğlu - biologiya üzrə fəlsəfə doktoru, Zaqatala Dövlət Qoruğunda direktor vəzifəsində işləyib, vəfat edib



Yeddioymaq ərazisi


Onlardan 1 nəfər elmlər doktorudur:


1. Əhmədov Sahib Həsən oğlu - tibb üzrə elmlər doktoru, professor

2. Zeynalov İsbəndiyar Abduləzim oğlu - biologiya üzrə fəlsəfə doktoru
3. Həmidov Elsəfər Mirzəcan - fizika üzrə fəlsəfə doktoru



Öncəqala ərazisi

Onlardan 2 nəfər elmlər doktorudur:

1. Zeynalov Naib Eynal oğlu - texnika üzrə elmlər doktoru, professor
2. Fərəcov Ədalət Nurulla oğlu - biologiya üzrə elmlər doktoru, professor
3. Rəfiyev Səxavət Fərzixan oğlu - tibb üzrə fəlsəfə doktoru
4. Bəşirov Etiram Kalam oğlu - iqtisadiyyat üzrə fəlsəfə doktoru

1. Sərçuvar ərazisi üzrə alim yoxdur.
2. Sığdaş ərazisi üzrə alim yoxdur.
3. Səmidxan ərazisi üzrə alim yoxdur.


Cenubxeberleri.com 





































































































Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10