
Cenub.az "UNİAN"a istinadla xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko söyləyib. Onun fikrincə, Rusiya Federasiyası Prezidentinin sadəcə olaraq başqa seçimi olmayacaq.
"Putin faşist və nasistdir, o, yaxşı bilir ki, bizdə zirzəmilərdə insanlar var. Mariupoldan əlavə, Kiyevətrafı qəsəbələrdə də vəziyyət çətindir. Orada insanlar su, yemək və dərman olmadan dəhşətli ölümlə üzləşirlər. Xarkovda vəziyyət az-çox sakitdir, şəhər mühasirəyə alınmayıb. Kiyevdə çoxları artıq gediblər”, - deyə Geraşenko "UArazom" telemarafonunun efirində deyib.
"Qarşıda mübarizə var, lakin Putin artıq uduzub. Rusiya subyektivliyini itirib. Bizə daha bir az gözləmək lazımdır və Putin özü danışıqlara başlayacaq. Biz təkcə bütün dünya üçün deyil, həm də uzun illərdir ki, Putinin əlində çabalayan Rusiya üçün mübarizə aparırıq”, - deyə Ukrayna rəsmisi vurğulayıb.
Sultan Laçın