Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Meyitlərimizi dəfn etməyə də imkan vermirlər...- İtlər sürüyüb aparır..."-Şəhər meri


Buçada və Kiyev vilayətinin ətraf qəsəbələrində insanlar əslində girov götürülüblər və ölülərini belə, basdıra bilmirlər.
 
Moderator.az yazır ki, "UNİAN" müxbirinin verdiyi məlumata görə, bu barədə şəhər meri Anatoli Fedoruk telemarafonun efirində danışıb.
 
O qeyd edib ki, üç saat əvvəl şəhər sözün əsl mənasında kütləvi atəşə tutulub.
 
Fedorukun sözlərinə görə, rus qoşunları bütün mümkün və qeyri-mümkün yaylım atəşləri ilə həm Kiyevi, həm də şəhərətrafı əraziləri, xüsusən də Buçanı vurur. Əslində, yeddinci gündür ki, Buça, Vorzel Qostomel isə əvvəldən - 13-cü gündür ki, rus qoşunlarının girovluğundadır.
 
Mer bildirib ki, Rusiya qoşunlarını sıxışdırıb çıxarmaq cəhdləri olub, lakin bir gün sonra onlar yenidən içəri daxil olublar.
 
“Bölgəmizdəki bütün əsas magistral yollar və küçələr düşmən tərəfindən atəşə tutulur”, -Fedoruk belə deyib.
 
O, vurğulayıb ki, insanlar girovluqdadır, çünki topların guruldamadığı, mərmi atılmadığı o qısa müddətdə belə, düşmən sakinlərə evlərini tərk etməyə imkan vermir. Kommunal xidmətlər və sakinlər ölən mülki insanları basdıra bilmir...
 
"Faktiki olaraq itlər ölülərin cəsədlərini aparır. Bizdə belə dəhşətli vəziyyət var", - deyə şəhər meri bildirib.
 
"UNIAN"-ın daha əvvəl xəbər verdiyi kimi, Buça şəhər şurası kömək istəyib. Çünki Rusiya qoşunları yaşayış məntəqələrini atəşə tutmaqda və humanitar yardımın çatdırılmasına mane olmaqda davam edir.
 
"Hər gün yaşamaq uğrunda mübarizə gedir. Buça icması bir neçə gündür ki, işıqsız, istiliksiz, rabitəsiz və internetsiz qalıb", - deyə şəhər hakimiyyətindən bildirilib.
 
Sultan Laçın





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10