O, SSRİ-də yeganə kosmonavt olub ki, birinci “Qızıl Ulduz”unu (Sovet İttifaqı qəhrəmanı adını) sovet-alman müharibəsi dövründə alıb. Georgi Bereqovoy həm də mövcud dövrdə kosmosu fəth edən ən yaşlı kosmonavt olub. 47 yaşlı Bereqovoy 26-30 oktyabr 1968-ci ildə “Soyuz-3” gəmisi ilə 3 sutka 22 saat 50 dəqiqə ərzində kosmosu fəth edib
Georgi Bereqovoy 1921-ci ildə Ukraynanın Poltava vilayətində, Fyodorovka kəndində anadan olub. Hələ uşaq olarkən ailə Donetskə köçüb. Səkkizinci sinfi bitirdikdən sonra Bereqovoy metallurgiya zavodunda işləməyə başlayıb. Eyni zamanda aeroklubun üzvü olub.
Bereqovoy 1938-ci ildə hərbi xidmətə çağırılanda onun aeroklubun üzvü olduğunu nəzərə alaraq Voroşilovqrad Hərbi Təyyarəçilər Məktəbində təhsil almağa göndəriblər. Həmin məktəbi o, 1941-ci ildə bitirib.
Müharibə başlayandan sona çatana qədər Bereqovoy xidmətini hərbi pilot kimi ən ağır döyüş bölgələrində keçirib. Müharibə dövründə 186 döyüş uçuşu keçirən pilotun təyyarəsi üç dəfə vurulub, Bereqovoy ən ağır situasiyalarda çıxış yolu taparaq sağ-salamat geriyə dönə bilib, düşmənə əsir düşməyib. 106-cı uçuşdan sonra göstərdiyi qəhrəmanlıq və şücaətlərə görə Bereqovoy 1944-cü ildə Sovet İttifaqı qəhrəmanı adı ilə təltif olunub.
Müharibədən sonra Bereqovoy Lipetsk Ali Hərbi Təyyarəçilər Məktəbində və Hərbi Hava Akademiyasında təhsilini davam etdirib.
Odessa Hərbi Dairəsində xidmət edən Bereqovoy həmin ərəfədə ölkənin aviasiya sistemində ən yaxşı sınaqçı-pilot kimi tanınıb. Yeni təyyarələrin istismara verilməsində, sınaqdan keçirilməsində bir mütəxəssis kimi onun rəyi əsas götürülərək həlledici rol oynayıb.
1961-ci ildə Bereqovoya “SSRİ-nin əməkdar sınaqçı pilotu” adı verilib. Bu ad ona Kremldə təqdim olunub. Mükafatı isə o, həmin dövrdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olan Leonid Brejnevdən alıb. Məhz bu adı aldıqdan iki il sonra Bereqovoy Kosmonavtlar Dəstəsinə qəbul edilib.
Dəstədə digər həmkarlarından yaşca böyük olan Bereqovoya kosmonavtlar qısqanclıqla yanaşıblar. “Əməkdar” və “Qızıl Ulduz”lu Bereqovoyun adı həm də Brejnevin adamı kimi hallanıb. Müasirlərindən bəzilərinin söylədiklərinə görə Yuri Qaqarinlə Bereqovoyun münasibətləri həmişə soyuq və gərgin olub. Hətta Qaqarin qeyri-rəsmi ziyafətlərin birində “nə qədər ki, mən sağam, Bereqovoy kosmosa uçmayacaq” ifadəsini də işlədib.
Bereqovoy isə kosmosa ilk uçuşunu Qaqarinin həlak olmasından 7 ay sonra “Soyuz-3” kosmik gəmisi həyata keçirib. Bu uçuşdan sonra o, ikinci dəfə Sovet İttifaqı qəhrəmanı adı ilə təltif edilib.
Bereqovoy üçüncü dəfə də qəhrəman adına layiq görülüb. Amma bu dəfə qeyri-rəsmi və şifahi. Belə ki, 1969-ci ilin yanvarında SSRİ-nin “Soyuz 4” və “Soyuz 5” kosmik gəmiləri tarixdə ilk dəfə kosmosda birləşib. Bu böyük nailiyyətlə bağlı yanvarın 22-də kosmonavtları “Vnukovo” aeroportunda Leonid İliç Brejnevin və digər kosmonavtların qarşılaması, daha sonra isə Kremldə dövlət mükafatları ilə təltifolunma mərasimi planlaşdırılıb. Hava limanından qayıdan avtomobil karvanı Kremlə yaxınlaşanda Brejnevə sui-qəsd məqsədilə Viktor İlyin adlı bir şəxs tərəfindən karvana 16 dəfə atəş açılıb. Kimin hansı maşında olduğunu dəqiqləşdirə bilməyən İlyin hədəfi tuta bilməyib. Açılan atəşlərdən biri isə Bereqovoyu yaralayıb. Bu hadisədən bir müddət sonra kosmonavtları kremldə qəbul edən Brejnev Bereqovoyun qarşısında dayananda onu “qəhrəman” adlandırıb.
1972-1987-ci illərdə general-leytenant rütbəsində olan Bereqovoy Kosmonavtların Hazırlıq Mərkəzinə rəhbərlik edib. Dəfələrlə SSRİ Ali Sovetinə deputat seçilib. Lenin mükafatının laureatı olub.
Xidməti ilə yanaşı kosmonavt elmi yaradıcılığa da vaxt ayırıb, dissertasiya işi müdafiə edərək psixologiya elmləri namizədi dərəcəsini alıb.
Bereqovoy Moskvada yaşasa da o, müntəzəm olaraq Ukraynaya səfərlər edib, xüsusilə Poltavada və Donetskdə yerli sakinlərin problemlərinin həll olunmasında əlindən gələn köməkliyi əsirgəməyib.
1980-ci illərin sonlarında Bereqovoyun səhhətində ciddi problemlər yaranıb. Ürək xəstəliyindən əziyyət çəkən kosmonavtın müalicəsi üçün Kreml bütün tədbirləri görüb, o, dövlət nəzarəti altında ən tanınmış mütəxəssislər tərəfindən müalicə olunub. Sonda həkimlərin ümumi rəyi ilə Bereqovoyun ürəyində cərrahiyyə əməliyyatının keçilməsi zəruri sayılıb. Bütün səylərə baxmayaraq kosmonavt əməliyyatdan sağ çıxmayıb.
Georgi Bereqovoy 1995-ci ildə, 74 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbiristanlığında dəfn olunub.
İlham Cəmiloğlu, Musavat.com