Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Astaranın Şahağac kəndində dəniz sahilindən yığılan balıqqulağı 50-dən çox ailənin gəlir mənbəyinə çevrilib




Astara rayonunun Şahagac kəndində Xəzər dənizi sahilindən yığılan balıqqulağı 50-dən çox ailənin gəlir mənbəyinə çevrilib




Kənd sakinlərinin sahildən yığdıqları balıqqulağını qonşu rayonlardan, eləcə də Bakıdan da gəlib alırlar.



Kənd sakinlərinin sözlərinə görə, dəniz sahilindən yığılan balıqqulağı həcminə və rənginə görə seçilir. 



Balıqqulağından kənd təsərrüfatında istifadə edilməsi bu məhsula tələbatı artırıb.



Balıqqulağından cənub bölgəsi üçün xarakterik olan nəmişliyin aradan qaldırılmasında, yolların təmirində, məzarlıqlarda bitən alaq otlarının qarşısının alınmasında və ən başlıcası tikinti zamanı suvaq və bəzək işlərində istifadə edilir.







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10