Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yardımlılı şair sumqayıtlıları heyran etdi


Cenub.az xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Əli Kərim adına Poeziya evində Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, S.Vurğun adına Mərkəzi Kitabxana və Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin  təşkilatçılığı ilə Yardımlı torpağının yetirməsi, Azəbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı şair İqbal Nəhmətlə oxucuların görüşü keçirilib. 

“Bölgə yazarları qonağımızdır” adlı tədbiri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Yeganə Əhmədova açaraq qonaqları salamlayıb.
Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin də öz növbəsində qonaqları salmlayaraq şair İqbal Nəhməti iştirakçılara təqdim edib və tədbirin aparıcısı kimi sözü Əli Niyazbəyliyə verib. Tədbirin gedişatında şairin şeirləri aparıcı, 3 nömrəli məktəbin şagirdləri və gənc şairə Gülnar Hüseynova tərəfindən səsləndirilib. AYB-nin katibi Səlim Babullaoğlu, şairlər  Əli Nəcəfxanlı, İbrahim İlyaslı, Nadir Azayoğlu, İlham Qazaxlı, Xatirə Fərəcli, Rəfiqə Şəms, şəhid atası Yaşar Nəzərov, müğənni Yusif Mustafayev və digər ədəbi mühit nümayəndələrinin və poeziya həvəskarlarının iştirakı ilə keçirilən görüşdə  gənc şairin bədii yaradıcılığı ilə bağlı çıxışlar dinlənilib.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bayram Cəfərli çıxış edərək, şairlə ilk tanışlıq olduğunu, tədbirdən məmnun qaldığını bildirib.

Sonda müəllif gənc yazarlarımızın oxuculara tanıdılması, yaradıcılığının geniş təbliğinə şərait yaradıldığına görə təşkilatçılara təşəkkürünü bildirib. Tədbir iştirakçıları düşündürücü misraları, özünəməxsusluğu ilə seçilən, mübariz ruhlu gənc şairlə görüşdən xoş təəssüratlarla ayrılıblar.

Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10