Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xarkovda yeni əks-hücum!.. - Rusiya ordusu burada 500 zirehli texnika itirib...


Ukraynanın Xarkov vilayətində silahlı qüvvələri rus işğalçılarına qarşı əks-hücum əməliyyatına başlayıb.
 
Moderator.az "Gordon" nəşrinə istinadla xəbər verir ki, bu barədə Xarkov Regional Hərbi Administrasiyasının (RHA) rəhbəri Oleq Sinegubov "Rada" kanalının yayımladığı telemarafonun efirində bildirib.
 
"Silahlı Qüvvələrimiz çox ciddi mövqelər tutub. Onlar təcavüzkarın hücumuna tab gətirdilər və indi nəinki cavab verirlər, əksinə artıq əks-hücuma keçiblər. Məsələn, düşmən xəttini Xarkovdan Sumı istiqamətində, tamamilə sıxışdırıblar, dövlət sərhədində mövqeləri tuturlar”, - Sinegubov bildirib.
 
Onun sözlərinə görə, oxşar vəziyyət Derqaçev istiqamətində də yaranıb.
 
"Düşmən demək olar ki, bütün hücum resurslarını itirib, o, artıq zirehli texnikası ilə belə kütləvi şəkildə hərəkət etmir. Sadəcə olaraq vəziyyəti araşdırır: 4-5 tank çıxdı, Silahlı Qüvvələrimiz onları məhv etdi - vəssalam. Onlar qaçıblar”, - deyə Sinequbov bildirib.
 
Telegram-kanalında RHA rəhbəri qeyd edib ki, 5-ci sərhəd dəstəsinin sərhədçiləri Ukrayna Silahlı Qüvvələri ilə birlikdə Sumı vilayətində Ukraynanın dövlət sərhədi xəttinə daxil olublar.
 
Sinegubov qeyd edib ki, Xarkov müdafiə qüvvələri mövqelərini xeyli gücləndirib və döyüş qabiliyyətini artırıb.
 
"Ordumuz işğalçının o qədər texnikasını məhv edib ki, onlarla bir neçə ölkənin ordusunu silahlandırmaq mümkün olardı. Rusiya ilə 7 gün davam edən döyüşlərdə xarkovlular düşmənin 500 vahiddən çox texnikasını məhv edib! Düşmən bunun mümkünsüzlüyünü dərk edib. Şəhəri ələ keçirməyin mümkünsüzlüyün dərk edən düşmən bizim hava hücumundan müdafiə qüvvələrimizin fəaliyyətindən kənarda yüksək hündürlüklərdə məkrli şəkildə raket və bomba zərbələri endirir”, - RHA rəhbəri yazıb.
 
O hesab edir ki, işğalçılar tezliklə Xarkov vilayətindən kənara atılacaqlar.
 
Sultan Laçın





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10