Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

46 il öncə Moskva üçün nəzərdə tutulan AES Zaporojyedə tikilib – Qrişinin həlledici etirazı


1976-cı ildə Mərkəzi Komitədə yeni Atom Elektrik Stansiyasının inşası ilə bağlı müzakirələr aparılanda SSRİ Elmlər Akademiyasının prezidenti, atom enerjisi üzrə dünyanın tanınmış mütəxəssislərindən biri sayılan Anatoli Aleksandrova da öz təkliflərini hazırlamaq barədə göstəriş veriblər. Aleksandrov qısa müddət ərzində layihə ilə bağlı sənədlər qovluğunu Mərkəzi Komitəyə təqdim edib.
Yeni AES-in inşası bağlı Siyasi Büro bir neçə dəfə mütəxəssislərin iştirakı ilə xüsusi iclaslar keçirib. Bütövlükdə Aleksandrovun təklifləri qəbul edilib. Amma AES-in hansı məkanda inşa ediləcəyi ciddi mübahisələrə səbəb olub.

Aleksandrov AES-in Moskva ətrafında inşa edilməsini təklif edib. Bu məsələdə SSRİ-nin müdafiə naziri, Siyasi Büronun üzvü Dmitri Ustinov da akademikin təklifini dəstəkləyib. Moskva şəhər partiya komitəsinin birinci katibi Viktor Qrişin isə AES-in Moskva ərazisində inşasına qəti etirazını bildirib.
5da09f55ae5ac908e1715312.png (594 KB)
Birinci katibin etirazını sakitliklə qəbul edə bilməyən akademik səsinin tonunu bir az da qaldıraraq büro üzvlərinə müraciət edib:
- Mən bir mütəxəssis kimi diqqətinizə çatdırmaq istəyirəm ki, AES-i Qırmızı meydanda da quraşdıra bilərəm və onun təhlükəsizliyinə də başımla cavabdehəm.
Qrişin isə heç yerindən qalxmayaraq sakitliklə Aleksandrovun cavabını verib:
- Nə qədər ki, mən sağam, bu iş olmayacaq.
aes-570x285.jpeg (94 KB)
Nəhayət, uzun-uzadı müzakirələrdən sonra AES-in Ukraynada, Zaporojye vilayətində inşası qərara alınıb. SSRİ Nazirlər Sovetində bununla bağlı 1977-ci ildə müvafiq qərar imzalanıb.
Zaporojye AES-də əvvəlcə 4, daha sonra isə 6 enerji bloku istismara verilib. Öz gücünə görə bu AES Avropada birinci, dünyada isə 3-cü yeri tutur.
SSRİ-nin süqutundan sonra Ukrayna hökuməti Zaporojye AES-in enerji istehsalı gücünü artırmaq üçün böyük vəsaitlər sərf edib.
29 mart 2015-ci il saat 11.40-da Zaporojye AES fəaliyyətə başladığı gündən mövcud dövrə qədər dünyada 1 trilyon kilovatsaatdan çox elektrik enerjisi istehsal edən ilk stansiya olub.
2000-ci ilin nəticələrinə görə, Zaporojye AES Beynəlxalq Atom Enerjisi Agentliyin tələblərinə tam cavab verən dünyanın üç stansiyasından biri elan olunub.
zaporozhskay.jpg (190 KB)
2002-ci ildə atom elektrik stansiyasının ətrafındakı müşahidə zonasında radiasiya vəziyyətini avtomatik olaraq davamlı izləyən “Koltso” informasiya-ölçü sistemi istifadəyə verilib ki, bu da süalanma təhlükəsinə tam nəzarət etmək imkanı yaradıb.
2014-cü ildən AES-də işləyənlərin sayı 11 min 500 nəfərə çatıb.
Bu gün Ukraynanın əsas enerji təminatçısı olan Zaporojye AES-i təhlükə ilə üz-üzə qalıb. Ukrayna kütləvi informasiya vasitələri martın 4-də gecə saatlarında AES-də baş verən yanğının görüntülərinə paylaşıblar. O cümlədən AES rəhbərliyi stansiyanın Rusiya hərçiləri tərəfindən atəşə tutulduğunu və bunun real nüvə təhlükəsi olduğunu bildirib.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Twitter səhifəsində stansiyada baş verən yanğınla bağlı aşağıdakıları bəyan edib:
_123506348_mediaitem123506347.jpg (68 KB)
“Rusiya ordusu Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye Atom Elektrik Stansiyasını hər tərəfdən bombalayır. Artıq stansiyada yanğın başlayıb. Ruslar dərhal atəşi dayandırmalı, yanğınsöndürənlərin hadisə yerinə buraxmalı və təhlükəsizlik zonası yaratmalıdırlar...”
Nazir onu da qeyd edib ki, Zaporoyje AES-in partladılmasının fəsadları Çernobıl AES-dəki qəzanın fəsadlarınadan on dəfə artıq olacaq.
Onu da qeyd edək ki, hələ iki gün əvvəl, martın 2-də Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Zaporojye AES-in təhlükəsizliyi ilə bağlı hərbçilərə müraciət edib:
“Mən tərəfləri Zaporojye Atom Elektrik Stansiyasının ərazisində atışmalardan çəkinməyə çağırıram. Bu atom elektrik stansiyası heç bir təhlükə olmadan fəaliyyətini davam etdirməlidir. Hərbi münaqişə nəticəsində baş verən hər hansı bir qəza Ukraynada və ondan kənarda insanlar və ətraf mühit üçün son dərəcə ağır ciddi nəticələrə səbəb ola bilər...”
b6ebc9b506a1e7e6998cfa1d85edf.jpeg (53 KB)
Bu cür müraciətlərə hansı səviyyədə reaksiya veriləcəyini, əməl ediləcəyini isə zaman göstərəcək. Amma bütün variantlarda işğalçılıq məqsədi ilə nüvə partlayışını həyata keçirmək bu məqsədi güdənlərə də xeyir gətirməycək.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10