

Moderator.az xəbər verir ki, polis polkovniki bu barədə "Facebook"-da yazıb.
“Hərbi vəziyyət qanunlarına uyğun olaraq birləşmə komandiri kimi mənim tabeliyimdə olan və qardaşım Yuri Zozulya ilə nişanlısı Karyakina Ancelina Aleksandrovnanın nikahının şahidi oldum!”,- deyə idarə rəisi qeyd edib.
Gül dəstəsi yerinə gəlinə otaq bitkisi olan orxideya çiçəkləri verilib. Yeni cütlük toy üzüklərini isə möcüzə sayəsində, demək olar ki, pulsuz alıblar.
Gəlin Karyakina öz "Facebook" səhifəsində yazıb: "Ukrayna...- bu, gözəl insanlardır. Hərbçilər və polislər üçün yemək dəstləri hazırlayarkən bizə də şampan və yemək verdilər. Sevgilər..."
Sultan Laçın